manera.az
manera.az

Yarımçıq qadınlar... - Vəfa Mürsəlqızı yazır - MANERA.AZ

Yarımçıq qadınlar... - Vəfa Mürsəlqızı yazır - MANERA.AZ
Vəfa Mürsəlqızı

Tez- tez yadıma uşaqlıq çağlarımın bayram hazırlıqları düşür. Novruz ərəfəsində anam, xalalarım, nənəm bir yerə yığışardılar. Biş-düş başlanardı. Yazın ilıq amma yüngül sazaqlı, ulduzlu axşamlarına şərbət, qoz-fındıq, qoxusu, hil, zəncəfil,qaraçörəkotu ətri hopardı. O gecə bahar da bayram qoxuyardı.

Biz uşaqlar isə yığışardıq bir yerə, həsrətlə şəkərbura, paxlavanın nə zaman bişəcəyini gözləyə-gözləyə yatıb o yaz gecəsində şip-şirin , şərbət tamlı, darçın qoxulu yuxuya gedərdik. Ya da böyüklərə yalvaradıq ki, oxlovu versinlər bir az da biz lavaş yayaq. O illərdən bir də yadımda anamın mən xəstələnində bişirdiyi turşulu əriştəsi, Rəmziyyə xalanın Şəki sülfüllüsü qalıb. Əsil qadınlar bax belə nemətlər hasilə gətirərdilər. Son illərdə təssüf hissi ilə qeyd edək ki, xanımlığımız, qadınlığımız, evdarlığımız təhlükədədir. Nədənsə qadınlarımız vəzifəyə yaman can atır axır vaxtlar. İşgüzar qadın, göz önündə olan xanım olmağa daha cox vaxt sərf edirlər. Evlərdən yemək ətri, dalanlardan bayram axşamları şirniyyat qoxusu qaçaq düşüb. Hər kəs bir təhər başını girləməyə, hazır satılan məhsullarla kifayətlənməyə çalışır.Süfrələrimizə “Qril”-lər, “Dönər”-lər ayaq açıb.

Əslində işgüzar qadın yox “yarımçıq qadın” olub gedirik deyəsən. Bilirəm indi bacılarım məni qınayacaqlar ki, niyə bu mövzuya toxunuram. Amma məni qınamayın əksinə bir anlıq dediklərimi ciddiyə alın. Nəyə görəsə indi biz gözəl bir süfrə açmaq əvəzinə evə axşam saat 9-da yorğun, şil-küt gəlməyimizlə, həyat yoldaşımızın qayğısı ilə sevinmək əvəzinə küçədə özümüzün idarə etdiyimiz maşının nasazlığı ilə saatlarla əlləşməyimizlə qürrələnməyə başlamışıq. Hətta bir cox xanımlarımız yemək bişirməyi bacarmamaqları ilə öyünür, qızlarının əlindən iş gəlməməsi ilə fəxr edir. Təbii ki, bunların hamsı hədən artıq “İctimai” olmağa can atmağımızdandır. Vəzifə isə artıq əsrin bəlasına çevrilib.Son vaxtlar bir cox yüksək postları qadınlar tutur. Mən də qadınam, amma qəribə də görünsə qadının vəzifədə olmasının əleyhinəyəm. Məncə qadının vəzifədə olması onu ən ümdə vəzifəsi olan analıq və xanımlıq kimi mühüm misiyadan kənarlaşdırır. Əslində məncə qadından (söhbət əsil qadından gedir) vəzifə adamı olmaz. Bunun bir çox səbəbləri var. Birincisi-Bir xanım daha cox bəzək-düzək, qızıl-gümüş, xəz dəlisidir. Niyə danaq biz sevirik belə şeyləri. Və qadının qarşısında bunları əldə etmək üçün daha geniş imkanlar olduqda meydana gələn vəziyyəti təsəvvür etmək çətin deyil.

İkincisi - Qadın qədər qısqanc, özünü sevən məxluq bir də qadındır. Vəzifəli bir xanım öz gözəl və bacarıqlı işçisinin gözəlliyini sürəkli qısqandığından fikrini onun verdiyi faydaya yönəldə bilməyəcək.

Üçüncüsü – Hər bir qadın özünə qarşı yönəltdiyi diqqətin yarısını belə işinə yönəldə bilmir. Bir idarəyə daxil olan qadın müdirə sənədlər saxlanan otqdan öncə şüuraltı surətdə iilk növbədə güzgünün yeri ilə maraqlanacaq.

Nəhayət, axırıncısı - Qadın sevir, anasını, balasını, ərini, sevgilisini və daha ehtiraslı , qısqanc, incə hisslərlə. Əlbəttə kişi də sevir, amma qadın elə ona görə qadındır ki, onun hissləri daha üzdədir. Bütün günü fikri ya uşağında ya ərində qalır. Söhbət Allahın əsil qadın xüsusiyyətləri ilə mükafatlandırdığı zərif, ağlamağı, sevməyi və qısqanmağı bacaran məxluqlardan gedir. İstisnalar da var, kişiyəbənzər, ev-eşiyini dən daha cox kabinetində rahat olan admaları demirəm. Belə olan surətdə nə üçün biz bizə narahatlıq gətirən həyat tərzini seçirik. Çünki dəblə getməyi sevirik. Son illərin dəbi isə “İşgüzar qadın”- dır. Biz evdən, ailədən üzaqlaşdıqca, özümüzü azgözlüklə insani, mənəvi və estetik xüsusiyyətlərimizi udan, məhv edən şöhrətin ixtiyarına buraxdıqca, damla-damala qadınlığımız can verir.

İdarə künclərində yorğun-arğın, qanadı qırıq, naza, oxşanmağa, sevilməyə həsrət xanımlığımız. Kişi yükü daşıyan zərif çiyinlərimiz, oxlova, ərsinə həsrət barmaqlarımız ağlayıb fəryad edir. “Götürün bu yükü çiynimdən” - deyə içimizdə tumara və anlayışa həsrət bir qadın ağlayır. Səhərlər 6-da qalxıb ərini , uşağını yola salmaq əvəzinə iş yerinə vaxtında çatmaq üçün ömrünün ən gözəl anlarını tıxaclarda keçirən bir “Ana” qəribsəyir daxilimizdə. Qurtarın məni bu yükdən deyə. Və bu fəryadı hamı eşirid Təkcə özümüz eşitmirik.”Mən”-imiz qoymur eşidək, tıxayır qulaqlarımızı öz eqoist barmaqları ilə.Evlərimizə yad qadınlar ayaq açır, süfrələrimizin qırışında “yardımçı” adlandırdığımız özgə xanımın əllərinin izi, evimizin künc bucağında yad səliqəsi ağlayır. Uşaqlarımızın tərbiyyəsi ilə, dərsləri ilə başqa qadınlar maraqlanır. Sabah isə bizə yad olan balalarımızı bağrımıza basıb onların yad tərbiyyə tamı verən mənəviyyatını anlamağa, “Nədən oldu” deyə özümüzə sual verməyə baçlayacagıq.Çat vermiş ailəmizin sınıqlarını məhkəmə salonlarının künc - bucağından topladıqca günahkar axtaracağıq.

Demirəm qadınlar işləməsin. Əsla, sadəcə gücümüzdən artıq yükü götürməyək. Amma kim nə deyir desin “Ana” və xanım olmaqdan yüksək heç bir vəzifə postu ola bilməz. Biz kim oluruqsa olaq qadınlığımızı qoruyaq, ailəmizin, süfrəmizin, adət-ənənələrimizin keşiyində durmaqdan şərəfli vəzifəmiz yoxdur. Qadınlıq da bir şərəf işidir. Kim oluruqsa olaq təkcə “Yarımçıq qadın” olmayaq!

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31