manera.az
manera.az

Cavidan Mirzəzadə - “Xəyanət”- HEKAYƏ

Cavidan Mirzəzadə - “Xəyanət”- HEKAYƏ Cavidan Mirzəzadə

“Xəyanət


Həvva – xəyanət qorxusu olmayan ilk qadın idi. Adəm qadınına xəyanət etməyən son kişi olacaqdı... O yeganə xəyanətini Yaradana etmişdi. Dünyanın ilk və ən böyük xəyanətini etmişdi Adəm. Xəyanətlə yoğrulmuşdu insan övladının xəmiri. O zaman Yaradan Adəmə demişdi:

- Bu xəyanətin acığını səndən yarananlardan çıxacağam!
...Adəmin xəyanətinə qurban getmişdi bütün bəşəriyyət. Çünki, Adəm Tanrıya qalib gəlməyin yolunu tapmışdı... Bu xəyanət idi. Hər şeyi Yaradan yaratdığı halda, təkcə xəyanət adlı hissi Adəm tapmışdı... O, Yaradanın bütün planlarını alt üst etmişdi...
Artıq 3 min ilə yaxın idi ki, Yaradan öz otağından çıxmırdı. Onu qəzəb, mələkləri qorxu bürümüşdü. Adəmin xəyanəti səbəbindən Yaradan böyük sarsıntı keçirirdi. Son günlər otağından çıxır, Cənnətdə dolaşırdısa da, aşağı doğru gözucu belə baxmaq istəmirdi, çünki aşağıda Adəm və Həvva yaşayırdılar. Yaradan son 3 min ildə otağından çıxmadığı üçün, onlar bir-birilərini tapa bilməmişdilər. Nəhayət, son günlər Yaradan mələklərin arasına qayıtdı, bu mələkləri sevindirirdi. O bütün olanları unutmağa çalışaraq, Dünya və Adəm üçün yeni bir tale yazmaq qərarına gəldi...
Beləliklə, daha min il keçdi. Yaradanın dünya üçün yazdığı yeni tale yolu artıq hazır idi... Kim bilir indi, Adəmi, onun nəslindən yaranacaq olanları hansı fəlakətlər gözləyirdi... Yaradan bütün mələkləri ətrafına topladı, bütün Yer kürəsini bükməyə bəs edəcək böyüklükdə olan bir yarpaq üzərində yazdığı yazını Cəbrayıla oxuması üçün əmr etdi, bu dünyanın və insanların yaşanacaq olan taleləri idi... Cəbrayıl qorxu içində idi, ilk dəfə idi ki, o qədər həyəcanlı idi ki, 500 qanadının hamısı əsirdi... O yarpağı əlinə alıb Cənnətdəki dağlardan birində oturdu. Digər mələklər onu əhatəyə aldılar. Və o, Cəbrayıl dünyanın taleyi ilə tanış olan ilk varlıq oldu:
“Başqa məqsədlər üçün yaradılmış, və miskin varlıq olan insanın xəyanəti üzündən gərəyini itirən Cənnət Adəmdən sonra gələcək olanlar üçün mükafat olacaq. Cəhənnəm isə Adəmin yolu ilə gedərək, ən kiçik bir xəyanətə əl atan insanları cəzalandırmaq üçündür.”... Yaradanın “Ol!” deyə bağırtısı Cəbrayılı vahiməyə saldı. İkinci belə səsdən sonra Cəbrayılın əlindəki yarpaq alışıb yanmağa başladı...
Bütün bəşəriyyətin taleyi yazılmış yarpaq yanmışdı, beləliklə indi heç kim insanın nələr yaşayacağını bilə bilməzdi... Nə edəcəklərini bilməyərək bütün mələklər səcdəyə əyildilər...
Yaradan otağına çəkildikdən sonra mələklər Cəbrayılı sorğu suala tutmağa başladılar. “Sonra nə yazılmışdı?” , “Gözünə başqa heç nə dəymədi?” – bütün mələklər çığır bağıra düşmüşdü... Cəbrayıl isə cavab verirdi:
- Gördüm, gördüm... Tam oxuya bilmirdim amma, bir onu bilirəm ki, Cənnət, Cəhənnəm başqa məqsəd üçün yaranıbmış, Hə, hə. Yoxsa Yaradan İnsanı ora niyə salsın ki? Birdə, birdə, insanı böyük fəlakətlər gözləyir, Yaradan Yeri Cənnətin və Cəhənnəmin vəhdəti kimi yaradıb, kimisi üçün ora Cənnət kimi, kimisi üçünsə Cəhənnəm kimi görünəcək. Amma, amma, heç nə insandan asılı olmayacaq deyəsən, hər şeyi Yaradan edəcək! Ah...
- Bəs günahları? Günahları da o etdirəcək insanlara? Özü günah etdirib sonra cəza verəcək? – deyə mələklərdən biri dilləndi...
Cəbrayıl yenə də qorxu içində cavab verdi:
- Bilmirəm, bilmirəm, çox şey görmədim, amma, deyəsən Yaradan məğlubiyyətinin acığını çıxır...
Hərə bir fikir, bir qorxu içində ətrafa dağılışdı, dünyanı idarə etməyin vaxtı idi, Yaradanın ilk tapşırığı Təsadüf adlı mələyə oldu. O, Adəmlə Həvvanın bir birini tapmasına yardım edəcəkdi...
Beləliklə bütün insanlar Yaradanın yarpaq üzərində yazıb sonra sirr qalsın deyə yandırdığı həmin tale yolu ilə yaşayacaqdı...
Təsadüf mələyinin Adəmlə Həvvanı qovuşdurduğu gün idi. Bütün mələklər yasa batmışdı, Yaradan ölüm yatağında idi... O, “Xəyanət... xəyanət! Onu mən yaratmadım!...” – deyə canını tapşırdı...
Adəm və ondan yarananlar isə Yaradanın ölümündən heç vaxt xəbər tutmadılar...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031