manera.az
manera.az

Bu il 60 modul tipli məktəb istifadəyə veriləcək

📅 08.08.2020 18:33

Bu il 60 modul tipli məktəb istifadəyə veriləcək
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.

Manera.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub:

“Sərəncama əsasən, Təhsil Nazirliyinə bunun üçün yeddi milyon manat vəsait ayrılıb.

Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”.


Baxış sayı - 925 | Yüklənmə tarixi: 08.08.2020 18:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031