manera.az
manera.az

Ssenari müsabiqəsinin qalibləri açıqlandı

Ssenari müsabiqəsinin qalibləri açıqlandı
Azərbaycan Kinematoqrafçılar İttifaqı A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə keçirdiyi “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsinin qalibləri açıqlanıb.

Manera.az xəbər verir ki, “Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu),“Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski),“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva),“Xatirələrim məndə yaşayır” (Nadir Maçanov),“Mamed” (Seymur Elsəvər ),“Next” (Çingiz Rəsulzadə),“Sadəcə Emin…” (Günel Mehri), “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova),“Tənha” (Ruslan Mollayev),“Üç nəfərdən artıq yığışmaq olmaz” (Çingiz Rəsulzadə) ssenariləri müsabiqəyə buraxılmışdı. Rüstəm İbrahimbəyovun sədrliyi ilə Oleq Səfərəliyev, Vaqif Azəryar və Əli İsa Cabbarovun daxil olduğu münsiflər heyəti Milli Kino günü öncəsi qalibləri müəyyən etmişdir:

1-ci yer -“Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu)

2-ci yer - “Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski)

3-cü yerlər - “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova)

“Next” (Çingiz Rəsulzadə)

“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva)

Azərbaycan Kinematoqrafçılar İttifaqı birinci yer tutmuş ssenarinin kino həyatı qazanması üçün səy göstərəcəkdir. Münsiflər heyəti müsabiqəyə qatılmış müəlliflərə müsabiqədə iştiraka görə minnətdarlığını bildirir, yaradıcı fəaliyyətdə uğurlar arzu edir. Müsabiqənin qalibləri diplom və pul mükafatı ilə təltif ediləcəklər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
282930