manera.az
manera.az

Kamal Abdullanın romanı Almaniyada çap olundu

Kamal Abdullanın romanı Almaniyada çap olundu
Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub.

Manera.az xəbər verir ki, türkoloq Herman Kielin tərcüməsində işıq üzü görən romanın redaktoru Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Arasdır.

"Amazon", “Booklooker”, “Epubli” kimi böyük kitab satış saytlarında "Das Tal Der Magier" adı ilə yer alan əsər PEM və "Epubli" nəşriyyatlarında yayınlanıb. Alman naşirlər romanı "Şərqin sirləri Kamal Abdullanın zəngin dili və özünəxas fəlsəfi izah tərziylə Qərb oxucusunu əfsunlamağa davam edəcəkdir” təqdimatı ilə oxucuların ixtiyarına verib.

İlk dəfə 2006-cı ildə Bakıda oxuculara təqdim olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub.

Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

İtaliyalı professor, məşhur şərqşünas alim və yazıçı Franko Kardini, romanın fransız dilinə tərcüməçisi Daniyet Rottenberq, rusiyalı alim Lüdmila Lavrova, rumıniyalı ədəbiyyatşünas Lüdmila Bejenaru, professor Aydın Talıbzadə və başqaları roman haqqında yüksək fikirlər söyləyiblər.

Qeyd edək ki, “Sehrbazlar dərəsi” romanı Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013), Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), ABŞ-da (2015), İtaliyada (2016), Rumıniyada çap olunub və bu ölkələrdə böyük təqdimat mərasimi keçirilib.

Almaniya romanın çap olunduğu 11-ci ölkədir.

Kamal Abdullanın romanı Almaniyada çap olunduБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031