manera.az
manera.az

“Sirlərin sərgüzəşti” romanının təqdimatı keçirildi - Fotolar

📅 05.12.2019 12:48

“Sirlərin sərgüzəşti” romanının təqdimatı keçirildi - Fotolar
Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanının imza günü və təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, təqdimat mərasiminə yazıçı və şairlər, tanınmış xadimlər, həmçinin media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonaqları salamlayaraq, müəllifin sayca 4-cü olan bu romanının çox maraqlı olduğunu qeyd edib və onu oxuculara tövsiyə edib.

Daha sonra çıxış edən yazıçı Səyyad Aran roman müəllifinin yaradıcılığının özünəməxsusluğundan danışaraq, onun Azərbaycan ədəbiyyatının zəngilləşməsində böyük rol oynadığını bildirib.

Yazıçı Şərif Ağayar “Sirlərin sərgüzəşti” romanını hələ çap edilməmiş oxuduğunu qeyd edib:

"Bu roman çapa getməmişdən qabaq telefonda oxumuşdum. Ədəbiyyatımızda müxtəlif insanlar tərəfindən bir çox roman yazılıb. Belə hesab edirəm ki, K.Abdullanın "Sirlərin sərgüzəşti" daha maraqlı və gözəl alınıb. Onun üslubu mənə çox maraqlı gəlir".

Sonda Xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarına təşəkkür edərək, onların çoxsaylı suallarını cavablayıb və oxuculara imzalı kitablarını təqdim edib.

Qeyd edək ki, xalq yazıçı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanı "Azərnəşr"də çap edilib.

“Sirlərin sərgüzəşti” romanının təqdimatı keçirildi - Fotolar
“Sirlərin sərgüzəşti” romanının təqdimatı keçirildi - Fotolar
“Sirlərin sərgüzəşti” romanının təqdimatı keçirildi - Fotolar


Baxış sayı - 858 | Yüklənmə tarixi: 05.12.2019 12:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031