manera.az
manera.az

Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır

📅 15.06.2020 10:08

Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır
Türkiyənin İstiqlal marşının (dövlət himni) sözlərini yazan şairi Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır.

Manera.az xəbər verir ki, çəkilişlərinə bu ilin sentyabr ayında start veriləcək “Akif” filminin İstiqlal marşının ölkənin dövlət himni olaraq qəbul edilməsinin 100-cü ildönümü - 2021-ci il martın 12-də ekranlara çıxması planlaşdırılır. Belə ki, himn məhz 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi şəkildə qəbul olunub.

“Darçın” kinostudiyası tərəfindən çəkiləcək filmin rejissoru Kudret Sabancı, ssenari müəllifi isə Hakan Haksundur. Ekran əsərinin məsləhətçiləri Mehmet Akif Ersoyun nəvəsi Selma Ersoy Argon, İstiqlal Marşının ilk nəşr olunduğu “Sebilürreşad” jurnalının baş redaktoru Fatih Bayhan, Türkiyənin keçmiş dövlət xadimi Yüksel Yalova və professor Yasin Aktaydır.


Baxış sayı - 762 | Yüklənmə tarixi: 15.06.2020 10:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031