“Akif Əli sözünün kələfini unudub”

“Görünür Akif Əli də bəzi harınlamış məmurlar kimi sözünün kələfini unudub. Bu kimi kələfsizlər Azərbaycan və azərbaycancılığımıza ləkədir. Bu kimi monqut tiplərdən təmizlənmənin vaxtı çoxdan çatıb.”
Bu fikirləri teatrşünas-tənqidçi Anar Bürcəliyev dünya şöhrətli alim Lütfi-zadə haqqında Akif Əlinin fikirlərinə münasibət bildirərkən MANERA.AZ-a deyib.
Mən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmərinin rəhbəri Akif Əlini normal düşüncəyə malik, sözün əsl mənasında düşünən bir ziyalı kimi tanıyırdım.
Son günlər onun dövrü mətbuatda dünya şöhrətli bir alim və bir daha tarixin belə yarada bilməyəçəyi bir şəxsiyyəti olan Lütfi-zadə haqqında xoşagəlməz ifadələr işlətməsi məni təəccübləndirdi. Özünü ziyalı adlandıran və respublikanın əsas aparıçı dövlət qürumunun sözcüsü necə bu kimi düşüncəyə malik ola bilər axı? Anlaya belə bilmirəm. İşlətdiyi ifadədən belə utanmadan hələ bir özünə haqq qazandırırmış kimi “Nə deməli idim, balqabaqbaşmı deməliydim” - ifadəsini yenidən deməsi onun nə qədər dayazdüşüncəli bir şəxs olduğundan çox aydın şəkildə xəbər verir. Belə olmasaydı dünyaşöhrətli bir alim haqqında bu kimi dayazdüşüncə tərzi formasında münasibət bildirməzdi. Bu gün obyektiv və subyektiv səbəblərdən, taleyin qismətindən vətəndən kənarda yaşayan və fəaliyyət göstərən hər bir vətən oğlu Azərbaycan və azərbaycanlı adı ilə yaşayır, qürur duyur, millətini şərəflə tərənnüm edir. Ömrünün 96 ilini şərəf və ləyaqətlə yaşamış Lütfi-zadənin ürəyi hər zaman Azərbaycan və azərbaycançılığımızla döyünüb. Bu gün onun ünvanına hər hansı bir xoşagəlməz ifadələrin işlənilməsi yol verilməzdir.
Fikirlər müəllifin mövqeyini əks etdirir.
MANERA.AZ