manera.az
manera.az

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

📅 04.06.2020 12:11

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi
6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcək.

Manera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər ayın 10‑da, 7-də imtahanda iştirak etməli olan şəxslər isə 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, başlanma saatı və iştirakçıların buraxılış vərəqələrində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

Qeyd edilib ki, “İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.


Baxış sayı - 824 | Yüklənmə tarixi: 04.06.2020 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930