"Ulduz" jurnalı haqqında buraxılış işi müdafiə olundu
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Yazıçılar Birliyinin (AYB) populyar ədəbi orqanı olan “Ulduz” jurnalı haqqında buraxılış işi müdafiə olunub.
Manera.az xəbər verir ki, Universitetin Kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil alan tələbə Gültac Bayramlının yazdığı buraxılış işində “Ulduz” jurnalının yaranma tarixi, formalaşması və inkişaf dövrləri haqqında müfəssəl məlumatlar verilib.
Eyni zamanda jurnalda yer almış şeir, nəsr, ədəbi tənqid və s. mətnlərin çapa hazırlanması zamanı onların üzərində aparılmış redaktə əməliyyatları və bədii tərtibat məsələləri də diplom işində tədqiq edilib.
Qeyd edək ki, tələbənin elmi rəhbəri BDU-nun dosenti, Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvü Ələmdar Cabbarlıdır.
Müdafiədə iştirak edən “Ulduz” jurnalının baş redaktor müavini, yazıçı Təranə Vahid tədqiqat işinin jurnalın həyatında önəmli hadisə olduğunu bildirib, bundan sonra fakültə ilə əməkdaşlığı vacib hesab edib.
MANERA.AZ