manera.az
manera.az

Fikrət Sadıqın şeirlər kitabı çap olundu

Fikrət Sadıqın şeirlər kitabı çap olundu
Bu günlərdə Fikrət Sadığın 90 illik yubileyi ərəfəsində Azərbaycan Yazıçılar birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə tanınmış şair Fikrət Sadıqın "Mən ot basmış bir cığıram" adlı kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, “AybKitab” layihəsində çap olunan Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində yığılıb. Kitabın tərtibçisi və redaktoru Aysel Fikrətdir. Kitabda şairin son illərinə qədər çap olunmayan şeirləri nəşr olunub. Bu şeirlərlə yanaşı, şairin məşhur və sevilən şeirləri də nəşrdə yer alıb.

Kitabda 1954-1959 cu illərə qədər Bakı Dövlət Universitetinin qəzetində çap olunmuş ilk şeirlərindən son kitabına qədər olan seçmə nümunələr verilib. Kİtab bir neçə bölmədən ibarətdir. Birinci bölmədə şairin ilk şeirləri, ikinci bölmədə çap olunmayan şeirləri, üçüncü bölmədə şairin son şeirləri, sonuncuda isə şairin ən çox sevdiyi iki şeir nəşr edilib. Kitab şairin dünyasını dəyişdikdən sonra çap olunan ilk kitabdır.

Qeyd edək ki, Fikrət Sadıq Azərbaycan ədəbiyyatının sevilən, seçilən şairlərindən biri olub. 60-cı illərdən Rəsul Rzanın xeyir duası ilə ədəbiyyata gələn şairin son günlərinə qədər Azərbaycan Ədəbiyyatının inkşafında böyük rolu olub. Onun tərcümələri, fəlsəfi şeirləri, uşaq şeirləri, dillər əzbəridir. Şair ömrünün son gününə qədər yazıbyaradıb. Bu kitabda onun 86 yaşında yazdığı şeirlərə də yer verilib./525.az/

Fikrət Sadıqın şeirlər kitabı çap olunduБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728