manera.az
manera.az

Bəxtiyar Vahabzadənin şeirləri Koreyada nəşr olunub

Bəxtiyar Vahabzadənin şeirləri Koreyada nəşr olunub
Bu günlərdə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin şeirləri Koreyada nəşr olunub.

Manera.az xəbər verir ki, Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü, Koreyanın Donqduk Qızlar Universiteti, Avrasiya Türk Araşdırmaları İnstitutu, KYOVO Deasan Fondu ilə əməkdaşlıq çərçivəsində nəşr olunan kitabı orijinaldan Koreya dilinə tanınmış türkoloq, UNESCO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi professor Eunkyung Oh tərcümə edib.

Nəfis şəkildə Seuldakı “Munci” nəşriyyatında nəşr olunan kitaba Bəxtiyar Vahabzadənin “Gülüstan”, “İstiqlal”, “Atılmışlar”, “Şəhidlər” poemaları, habelə müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələr daxil edilib, həmçinin şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Şeirlər toplusuna “Gülüstan” poeması adının verilməsi təsadüfi deyildir.

Bu ad dolayısı ilə Azərbaycanla Koreyanın ortaq tarix yaşamasını səciyyələndirən amil kimi mənalanır.

Qeyd edək ki, Bəxtiyar Vahabzadənin şeirlər toplusu Azərbaycan poeziyasından Koreya dilinə tərcümə olunan ilk kitabdır.

Bəxtiyar Vahabzadənin şeirləri Koreyada nəşr olunubБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930