manera.az
manera.az

“Dəli yığıncağı” nümayiş olunacaq

📅 19.05.2020 08:29

“Dəli yığıncağı” nümayiş olunacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi tərəfindən yeni hazırlanmış, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşası növbəti dəfə mayın 21-də sənət ocağının “facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.


Manera.az xəbər verir ki, əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları canlandırıblar.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandıracaq.

Səhnə əsəri fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulub.


Baxış sayı - 637 | Yüklənmə tarixi: 19.05.2020 08:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031