manera.az
manera.az

TƏBİB sədri: Koronavirusun ikinci dalğasını gözləyirik

📅 09.05.2020 17:07

TƏBİB sədri: Koronavirusun ikinci dalğasını gözləyirik
Azərbaycanda koronavirusun ikinci dalğası təhlükəsi var.

Manera.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı bildirib ki, son günlər yoluxma dinamikasında artım müşahidə olunur.

“Yoluxma hallarının artması gözlədiyimiz ikinci dalğanın nəticəsidir. Biz ikinci dalğanı gözləyirik və buna tam hazırıq”, - o bildirib.

R.Bayramlı qeyd edib ki, yoluxmanın artması vətəndaşların məsuliyyətsizliyindən qaynaqlanır.

“Hazırda 771 aktiv xəstə var, 1621 nəfər sağalıb. İntensiv terapiyada 22 xəstə var, 9-u süni tənəffüs aparılan qoşulub”, - TƏBİB sədri deyib.


Baxış sayı - 852 | Yüklənmə tarixi: 09.05.2020 17:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930