manera.az
manera.az

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ

📅 07.05.2020 14:33

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ
Ali məktəbələrə qəbul imtahanlarının vaxtı açıqlanıb.

Manera.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat komfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, bu il imtahanlar 1 mərhələdə keçiriləcək və proses iyulun 20-dən sonraya planlaşdırılıb.

11 illik baza əsasında ali məktəblərə ərizə qəbulu mayın 12-dən iyunun 5-nə qədər davam edəcək.

M.Abbaszadə qeyd edib ki, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur:

“Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər”.

DİM sədri qeyd edib ki, qəbul imtahanı proqramlarından martın 1-dən sonra 11-ci sinfə aid tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

M.Abbaszadənin sözlərinə görə, magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.


Baxış sayı - 1 514 | Yüklənmə tarixi: 07.05.2020 14:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031