manera.az
manera.az

Buraxılış imtahanlarının formatı dəyişdi - Rəsmi

📅 17.09.2019 16:33

Buraxılış imtahanlarının formatı dəyişdi - Rəsmi
“2020-ci ildə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları IX siniflər üçün iki mərhələdə (Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə), XI siniflər üçün isə bir mərhələdə (Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə) təşkil olunacaq”

Manera.az xəbər verir ki, bu sözləri təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, həm IX, həm də XI siniflər üzrə buraxılış imtahanlarında maksimum toplana biləcək bal 300-dür:

“IX siniflərdə I mərhələdə hər fənn üzrə toplana biləcək maksimal bal 30, ümumilikdə 90, II mərhələdə isə hər fənn üzrə 70, ümumilikdə 210-dur.

Sonda ballar cəmlənir və 300 ballıq şkala üzrə hesablanır.

XI siniflər üzrə isə hər fənn üzrə maksimal 100 bal, ümumilikdə 300 bal toplamaq mümkündür.

Buraxılış imtahanlarının tarixləri ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin başlanğıcında məlumat veriləcək”.


Baxış sayı - 1 404 | Yüklənmə tarixi: 17.09.2019 16:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031