manera.az
manera.az

Nazirdən təklif: "Son zəng" onlayn keçirilsin

📅 27.04.2020 15:02

Nazirdən təklif: "Son zəng" onlayn keçirilsin
Təhsil naziri Ceyhun Bayramov bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

Manera.az xəbər verir ki, Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib ki, hər kəsin həyatında “Son zəng” xüsusi yer tutur: “Amma prioritetləri düzgün müəyyən etməliyik. 11-ci sinif şagirdləri kifayət qədər yetkin insanlardır. Bu tədbiri daha sonrakı mərhələdə də keçirmək olar.

Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək onlayn rejimdə də bunu keçirə bilərlər. Mən düşünürəm ki, bu müddət ərzində hər birimiz məsuliyyət nümayiş etdirərək böyük kütləvi tədbirlərdən çəkinməliyik”.


Baxış sayı - 734 | Yüklənmə tarixi: 27.04.2020 15:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031