manera.az
manera.az

Payız adam

📅 22.04.2020 08:30

Payız adam
Çoxlara bölünsədə insan,
Çoxları bölünmür.¹


Saatın əqrəbləri gecəyə doğru yalın ayaq şütüyərkən.

Öncə ev telefonunun səsini daha sonra isə anamın "Əli, bala səni çağırırlar" dediyini eşitdim.

Telefonun dəstəyini götürdüyümdə xəttin digər tərəfində məktəb direktorunun olduğunu, bir nəfəsə "Əli sabah şeir müsabiqəsinə gedəcəksən" deməsindən tanımışdım.

Məhz elə sabahkı müsabiqədə tanışacaqdım Payız Adamla.

özünü evdə qoyar,
Səfərə çıxar şair.³


Qalibiyətimi təbrik üçün əlimi sıxdığında ilk kəz "Bu günün qalibiyəti, sabahın məğlubiyyəti"² olduğunu anladım.

Daha sonra gözəl bir şairədən "Darıxmaq üşüməkdir"³ deyən "Payız adamın" nömrəsini aldım.

Onunla mütləq yaxından tanışmalı idim. Zamanla böyüdüyümü sanırdım yazdıqlarımla,

O, böyüdürmüş yazdıqlarımı tənqidləri ilə. Məni bir sonrakı təbriki isə; "təbrik edirəm, şair olmaq üçün ilk addımı atdın" deyə olmuşdu, Ona atdığım mesaja qarşılıq olaraq.

Sizə bu insan çox maraqlı gələ bilər. Niyə də gəlməsin ?

Mən bütün sevgilərdə
dost qaldım bir dəfəlik.³


-Deyə qeyd edən şair? Məncə sənin dostluğunun “özü” sevgidir.

Onu sizlərə tanıtmağa falan çalışmıram, bunu bacarmaram da heç. Əgər ətir saçan lavandalar arasında payızın qoxusunu duysanız, Onun yaxında olduğunu xatırlayın.

Bütün payızların dərdi bahardı,
Eşqi yasəməndi,
Ətri gilənar.
Ürəyi çobanyastığı
Hərkəs ona yata bilməz.
Tumurcuq təbəssümləri...
Qayğısı şeh çəmən üstə,
İstəsə də çəmən, silib üzərindən ata bilməz.
Bütün payızların eşqi bahardı,
“Sevirəmi” buram-buram.
Bütün bahalarların ümidi sənsən,
Payız Adam.


¹ Elxan Yurdoğlunun"Ulduz çoxluğu qədər təklik" adlı kitabının adından ilhamlanıb yazdığım düşüncədir.
² Elxan Yurdoğluna aid bir fikirdir.
³ Elxan Yurdoğlunun şeirlərindən alıntı

Əli RÜZGAR


Baxış sayı - 866 | Yüklənmə tarixi: 22.04.2020 08:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031