manera.az
manera.az

Payız məni darıxdırır - Şeirlər

📅 22.02.2020 13:07

Payız məni darıxdırır - Şeirlər
Son ümid

Payız məni darıxdırır, İlahi!
Qəribliyim sanki yenə qalıbdır.
Sevinc addım-addım ötür yanımdan,
Arzularım çiskin-çənə qalıbdır.

Nə zalımmış bu ömrümü düzəldən,
Bir ömür ki, düz çıxmayıb yüz əldən...
Mənim bəxtim belə gəlib əzəldən,
Sabahlarım min dünənə qalıbdır.

Axı necə çıxım, gedim xoş yerə?
Bəsdi ruhum, bəsdir, məndən düş yerə.
Ümidləri xərcləmişəm boş yerə
O ümiddən bircə dənə qalıbdır.

Uzaqlaşdın məndən yenə yüz qarış,
Bu taleyim, vallah, mənə qışdı-qış...
Gah borandı, gah tufandı, gah yağış,
Son ümidim sönə-sönə qalıbdır.

Sən

Bilmirdin nə vaxtsa ağlayacaqsan ,
Mənim gözlərimdə yaş qoyanda sən.
Sevgi mənzilini mən tək tikərdim
Yadın yuvasına daş qoyanda sən.

Əllərin əclafın kobud əlində ,
Bir zaman solacaq təravətin də ,
Hər dəfə ağrılar tutur sinəmdə,
Özgə sinəsinə baş qoyanda sən.

O səni tərk edib gözlərin yaşda
Necə bağışlayım , deyir bağışla,
Bilmirdin əllərin qalacaq boşda ?
Eşqinin ürəyin boş qoyanda sən.

Eşqin MƏMMƏDOV


Baxış sayı - 1 494 | Yüklənmə tarixi: 22.02.2020 13:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031