manera.az
manera.az

Dəlicəsinə sevin! - Rəşad Məcid yazır...

Dəlicəsinə sevin! - Rəşad Məcid yazır...
Manera.az tanınmış şair-publisist Rəşad Məcidin "Dəlicəsinə" essesini təqdim edir:

Futbol məktəbdi!

Futbol həyatın balaca modelidi!

Bu qədər insanı sehrinə salıb tilsimdə saxlaya bilməyi təkcə oyun adlandırmaq haqsızlıqdı.

Oyundusa da çox böyük oyundu! Görk eləməli , nəticə çıxarmalı, ibrət götürməli oyun!

Ötən cümə Uruqvay - Qana matçının son dəqiqələri də ibrətamiz həyat hekayəsi , dəqiq yaşam düsturuydu!

Qananın son dəqiqələrdəki amansız , aramsız hücumlarını ağlasığmaz müqavimətlə dəf edən , sonda oyunçunu əlləriylə qapıya girən topu çıxarmağa vadar edən ilahi güc nəydi görəsən?!

Dəlicəsinə istək ! Dəlicəsinə qalib gəlmək əzmi!

Allah çox istəyənləri mükafatlandırır!

İnsan bir şeyi dəlicəsinə istəyirsə ona çatır!

Qana hücumçusunun 11 metrlik cərimə zərbəsini vurduğu an Afrikanın yeganə təmsilçisinin yarımfinala çıxmaq istəyi uruqvaylıların istəyindən az imiş! Stadion on minlərlə afrikalı azarkeşlə dolu olsa da qitə futbolsevərlərinin sevgisi , istəyi lazımi həddə deyilmiş sən demə!
Qələbəni dəlicəsinə istəmir, arzulamırlarmış!
Ona görə də o zərbə hədəfə catmadı!
Ona görə də o zərbə qapı tirinə dəydi!

Bütün uğursuzluqların arxasında sevgisizlik durur!

Bütün məğlubiyyətlərin səbəbi dəlicəsinə istəyin olmamasındadı!

Bu səbəbdən də Allah Uruqvayın tərəfində oldu! Allah onları mükafatlandırdı! Dəlicəsinə sevgilərinə , dəlicəsinə arzularına görə! İnandıqlarına , inamlarını sonadək itirmədiklərinə görə! Dəlicəsinə istəkləri yolunda dişləriylə, dırnaqlarıyla – Əlləriylə mübarizə etdiklərinə görə!
Budu futbolun adi həyat aksiomasını göstərən , sərgiləyən gözəlliyi! -
- Siz arzulayın , dəlicəsinə sevin , istəyin ki, əldə edəsiniz!

Futbol tarixindən coxsaylı belə nümunələr misal çəkmək olar! Bizə yaxın olan ikisi.
Avropa çempionatında çexiyalılara 2-0 hesabı ilə məğlub olan türkiyəlilərin əzmi, istəyiydi son 20 dəqiqədə 3 topu rəqib qapısından keçirən!

Keçən il Ağdamın işğalı günündə “Qarabağ”-ın özündən güclü rəqibə qalıb gəlməsinin səbəbi də o dəlicəsinə istək idi!!! Stadiona yığışan on minlərlə insanın dəli istəyi, ruhu, ovqatı futbolçuları da sarmışdı. Allah köməyə gəlmişdi. Ona görə də Rəşad Sadıqovun vurduğu qolu biri küləyin, biri İlahinin ayağına yazmışdı.

Uruqvaylıların oyununda da elə oldu!

Allah dəlicəsinə istəyənlərin yanındadı!

Dəlicəsinə istəsən, istəyinə çatassan!

Sən - son model maşına, sən - məşhur olmağa, sən - fəxri ada, sən – dəbdəbəli evə , sən - gözlədiyin adama, sən - sevdiyin insana, sən-... !

Siz - arzuladığınız torpağa!!!

Ona görə çatmırıq ki, dəlicəsinə istəmirik !

Gözlərinizi yumun və son dəfə nəyi dəlicəsinə arzuladığınızı xatırlayın! Dəlicəsinəmi?)))))

Dəlicəsinə istəyin peyvəndi Qorxudu! Peyvənddən qaçın!

Dəlicəsinə sevin! Dəlicəsinə istəyin! Dəlicəsinə müqavimət göstərin. Dəlicəsinə mübarizə edin!
Çatacaqsınız!

Ötən cümə olduğu kimi - uruqvaylılar kimi!!!

2010

Dəlicəsinə sevin! - Rəşad Məcid yazır...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031