manera.az
manera.az

“Son nəfəsədək Azərbaycan” yenidən nəşr olundu

📅 20.04.2020 14:10

“Son nəfəsədək Azərbaycan” yenidən nəşr olundu
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Son nəfəsədək Azərbaycan” romanı təkrar nəşr olunub.

Manera.az xəbər verir ki, ikinci dəfə işıq üzü görən əsər arxiv materialları və tarixi sənədlərə istinadən yazılıb.

Roman ilk dəfə 2013-cü ildə dövlət başçısının “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən çap edilib.

Təkrar nəşr isə Məhəmməd Əmin Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, professor Şirməmməd Hüseynovun xatirəsinə ehtiram əlaməti olaraq işıq üzü görüb.

Kitabın "Ön söz"ünün müəllifi Ədəbiyyat İnstitutunun əməkdaşı, Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynovadır.

340 səhifədən ibarət olan əsərdə M.Ə.Rəsulzadənin xalqımız qarşısındakı xidmətləri, onun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında siyasi lider kimi böyük rolu, ictimai-siyasi, publisistik fəaliyyəti, eləcə də digər maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik lövhələr yer alıb.

“Son nəfəsədək Azərbaycan” yenidən nəşr olundu


Baxış sayı - 984 | Yüklənmə tarixi: 20.04.2020 14:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031