manera.az
manera.az

XƏZİNƏ

📅 08.04.2020 11:00

XƏZİNƏ
Tarixən insanlar xəzinə axtarışında olublar.

Nağılllardan bildiyimiz kimi insanlar malik olduqları çox şeylərdən və dəyərli vaxtlarından keçərək bütün qüvvələri ilə bu yolda fəadakarlıq göstərmişlər.

Bu günki insan maraqlarının da ən böyüyü məhz xəzinədir , kiminin ən böyük arzusu , kiminin ən son ümididir.

Xəzinə bir sirr, möcüzə olduğuna görə onu dənizdə , yerin altında , meşələrdə , dağlarda və s. yerlərdə axtarırlar.

Xəzinə marağında olanlar onu xoşbəxtlik zənn edirlər. Xoşbəxtlik kompleks bir məhfumdur və onun ayrı- ayrı komponentləri , öz sirrləri vardır.

Xoşbəxtliyin sirri ondandır ki , dünyanın möcüzələrini və gözəlliklərini görə biləsən . İnsan gərək çox uzaqlarda möcüzə və gözəllik axtarmasın.

Çünki , öz yolunla nə qədər uzağa getsən bu yol sənin həyatını daha çox müəyyənləşdirəcək . Həyatda hər bir insanın öz yolu vardır və bu yolda xəzinəsi vardır.

Yaşadığı ömür yolunda maneələrə görə yolunu dəyişirsə xoşbəxtlik insana uzaq olur. Əgər getdiyiniz yolda maneələr yoxdursa , deməli bu yol sizi uçuruma aparır.

Düşünürəm ki , hər bir insanın məqsədi xoşbəxt olmaqdır. Xoşbəxtlik özü də bir borcdur. İnsanın yeganə həqiqi borcu–öz taleyinə , arzusuna qovuşmağa çalışmaqdır.

Xoşbəxtlik əvəzolunmaz hal , xəzinə isə bitməyən sərvətdir . Məhz bizim qəlbimiz kimi. Qəlbimiz hardadırsa xəzinə də oradadır !

İsa ŞAHBAZOV


Baxış sayı - 1 066 | Yüklənmə tarixi: 08.04.2020 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031