manera.az
manera.az

Dodaqlanmayan xoşbəxtlik - ŞEİR |MANERA.AZ

📅 22.09.2015 12:07

Dodaqlanmayan xoşbəxtlik - ŞEİR |MANERA.AZ


Emin Akif

Yaşadığımız ömür
Tanrının bəstəsiymiş
Körpə çığırtısından
Son azan səsinədək.
İnsan uzun yaşamaq xəstəsiymiş.

Ölüm - tez keçsin deyə
nəfəsini tutduğun
Zəhlətökən hıçqırıqmış.
Ölümün əsil səsi
Xırıldayan qışqırıqmış.

Susqunluğumuz bəzən
Ən incə danışıqdı.
Xoşbəxtlik alnımıza
Çəkilən qırışıqdı.

Çilikləndi qəlbimiz
Gözümüzdən töküldü.
Bəzən kədərlərimiz
Bəzən küskünlüyümüz
Qaşlarımız arasında büküldü.

Öldük hər gün , hər gecə
Dirildik hər gün səhər.
Kədərləndik,
Qəhərləndik,
Ömrümüzü zəhərləndik
Birtəhər.

İməklədik , yeridik
Süründük xeyli zaman.
Qocaldıq iməklədik
Düzü , gəzirmiş kimi
Göründük xeyli zaman...

Bəxtimizin ayağı
Qabar bağlamalıymış.
Çürüyən ömrümüzü
Alıb öz ağuşuna
Məzar ağlamalıymış.

Dodaqlandı doğum da
Dodaqlanan ölümtək.
Bircə xoşbəxtliyimiz
Dodaqlana bilmədi
Qırışığımızdakı
Dodaqlanan zülmtək.


Baxış sayı - 3 295 | Yüklənmə tarixi: 22.09.2015 12:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031