manera.az
manera.az

Qarğanın fəryadı- Şeirlər

Qarğanın fəryadı- Şeirlər


Tural İsmayılov
***

Səsim sinəmin içində üsyan edir bəzən
boğazımdan və ulqumumdan pay almaq
sonra ağzımdan çölə qaçmaq istəyir
O bilir ki,
onun durduğu, süsduğu,
boğulduğu hər könül
insan mənəviyyatının məhbəsidir.
Sükutumuz səsimizin ölümü yox
səsimizin həbsidir.
Səssizliyimiz acizliyimizin sindromu
Gözlərə baxıb "sevirəm" deyə bilməməyin andıdır.

Səsim əvvəl içimdə böyüdü
təhsil aldı, boy atdı,
elə ki, əlindən tutmağı buraxdım
qarşı çıxdı beynimə
və içimdən alışaraq qaçdı bayıra
Səs kiminin cəlladı, kiminin hakimi
Mənim kimilərinsə olmayan cəsarət simvoludur.

Məktəbdə mən susurdum
səsim danışırdı... o danışdıqca mən yox olurdum
İlk sevgilərimi səsim yazırdı kağızlara.
Elə bil ki, dilim danışmamaq üçün
Səsim isə yazılmaq üçünmüş.
Mənim aciz qaldığım hər haqsızlıqda
Səsim vərəqləri parçalayan od oldu.
Səs həm də danışmağın eyforiyasıdır.

Bu gün yaxalığını düzəldirəm səsimin
ona daha bir şans verirəm
tərk et,
çıx get nə olar?
Bir az mən də dillənim, deyim ki,
Mən də sizin kimiyəm, ölülər.
Yaşadıqca ölür, ölüm gəldikcə qorxuram.
***

Nənəmin ölümünü düşünmək,
onun yoxluğuna olan qorxu deyil,
bir daha ən böyük səhv etsəm də,
heç kim sona qədər yanımda olmayacaq həyacanıdır.
***

Göz vur, gözəlim
Bax ətrafına,
insan insanı sevərkən ucalır
insan isə təbiəti, ətrafı, hər şeyi qırır
unutma ki,
İnsana insandan qəddar heç bir canlı yoxdur.
***

Necəsən, əziz qarğa, ey dost
ey, çirkin olduğu üçün şeirlər yazılmayan
mahnılar bəstələnməyən 300 illik nəğməkar.
Həmişə sətirlərimiz bülbülün cəh-cəhinə uduzdu
sənin çirkinliyin isə sənin bağırtını unutdurdu,
Heç kim yazmadı ki, qarğa axı niyə bu qədər fəryad qoparır?

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031