manera.az
manera.az

Daşkənddə Əlişir Nəvainin yubileyi qeyd edilib

📅 18.02.2020 09:42

Daşkənddə Əlişir Nəvainin yubileyi qeyd edilib
Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) ilə birgə böyük özbək şairi Əlişir Nəvainin 579 illik yubileyi ilə bağlı tədbir keçirib.

Manera.az xəbər verir ki, tədbirdə elm, mədəniyyət, incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.

Komitənin şöbə müdiri Bəxtiyar Kərimov Əlişir Nəvainin özbək ədəbiyyatındakı rolundan və xidmətindən danışıb. O deyib ki, böyük şair dünya ədəbiyyatı xəzinəsinə 29 əsər bəxş edib.
Daşkənddə Əlişir Nəvainin yubileyi qeyd edilib
Paytaxtdakı Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova böyük şairin həyatı və yaradıcılığı haqqında məlumat verib.

RAMMM-ın sədri Firdovsi Hüseynov bildirib ki, Azərbaycanda da Özbəkistanda olduğu kimi Əlişir Nəvainin əsərləri çap edilir, Bakı şəhərinin mərkəzində şairin abidəsi ucalır. Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər isə böyük şairin “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edib.

Sonra çıxış edənlər Əlişir Nəvainin ölməz əsərlərindən danışıblar.

Tədbir musiqili proqramla davam edib. Saz ustası İlham Abdullayev bir-birindən gözəl aşıq mahnıları ifa edib.


Baxış sayı - 703 | Yüklənmə tarixi: 18.02.2020 09:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031