manera.az
manera.az

Xocalı ilə bağlı bədii film çəkildi - VİDEO

📅 23.02.2020 09:12

Xocalı ilə bağlı bədii film çəkildi - VİDEO
Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı soyqırımının 28 illiyinə həsr olunan bədii film-kompozisiya çəkib.

Manera.az xəbər verir ki, fərqli üslubda çəkilən “Xocalı yol gözləyir” adlı film-kompozisiya soyqırımın canlı şahidi olan və əsirlikdən qayıdan şəxslərin nəql etdikləri əsasında lentə alınıb.

Filmdəki səhnələr dəhşətli fevral gecəsində yaşananları əks etdirir. Kadrların daha real olması üçün çəkilişlər İsmayıllının bir neçə kəndində mənfi 10 dərəcə temperaturda aparılıb.

Film-kompozisiyada Xocalı soyqırımına həsr olunmuş musiqilər ifa olunub.

Elnarə Xəlilova, Lalə Məmmədova, Ramal, Ayaz, Günay Mehdiyeva, Xalq artisti Sabir Məmmədov və daha onlarla aktyor və aktrisa layihəyə cəlb olunub.

“Xocalı yol gözləyir”in ideya müəllifləri və quruluşçu rejissorları Etibar Babayev və Elnur Məmmədovdur.

Sözügedən bədii film-kompozisiya fevralın 26-da saat 21:30-da AzTV-də yayımlanacaq.

“Xocalı yol gözləyir” - VİDEO


Baxış sayı - 1 014 | Yüklənmə tarixi: 23.02.2020 09:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930