manera.az
manera.az

Qəhrəman dənizçilər - REPORTAJ

Qəhrəman dənizçilər -   REPORTAJ
Son günlər ölkədə hökm sürən pis hava şəraiti ilə bağlı müxtəlif qurumlar xəbərdarlıq etdi, yaranacaq təhlükənin qarşısının alınmasına dair görülən işlər barədə məlumat verilirdi.

Bu sırada Dövlət Dəniz Agentliyinin də fəaliyyəti diqqətçəkən idi. Adı çəkilən qurum Azərbaycanın ərazi sularında gəmilərinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi barədə gün ərzində bir neçə dəfə məlumatlar yayırdı.

Real vəziyyətlə yerində tanış olmaq üçün Dövlət Dəniz Agentliyinin qonağı olduq.

Agentliyin inzibati binasının 6-cı mərtəbəsində yerləşən Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzində mütəxəssislər uzaq məsafədən gəmilərin tanınması və izlənilməsi prosesini müşahidə edirlər. Binanın yerləşmə məkanı ideal seçilib desək, yanılmarıq. Milli Mərkəzdən Bakı buxtasını çətinlik çəkmədən müşahidə etmək mümkündür. Açıq havada isə geniş bir ərazini adi gözlə belə çox rahat müşahidə etmək olur.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirdi ki, “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əsas funksiyaları - Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir. Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

Müsahibim əlavə etdi ki, Milli Mərkəzə gün ərzində 7 dəfə 3 dildə hava xəbərdarlıqları daxil olur və bu məlumatlar aidiyyəti üzrə ötürülür. Təhlükəli hava xəbərdarlıqları isə dərhal gəmi sahibləri, liman kapitanları və liman nəzarət müfəttişlərinə, Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə, dənizdə neft – qaz platformalarının aid olduğu qurumlara da ötürülür, müvafiq təlimatlar verilir.

Pis hava şəraiti hökm sürdüyü zamanda isə gəmilərin lövbər sığınacaqlarında yerləşdirilməsi təmin edilib. Bu müddət ərzində gəmilərin lövbər sığınacaqlarında durma prosesi radarlar vasitəsilə fasiləsiz olaraq diqqətdə saxlanıllıb. Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş – çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görülüb.

Söhbət əsnasında Mətbuat Xidmətinin rəhbəri onu da əlavə etdi ki, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir. Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi, Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Tural Müseyibovun sözlərinə görə, Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Dövlət Dəniz Agentliyinin beynəlxalq fəaliyyətinə toxunan T.Müseyibovun sözlərinə görə, ölkəmiz 1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (SOLAS-74), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (MARPOL), “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya” (STCW), “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya” (COLREG), “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya” kimi dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.

Dövlət Dəniz Agentliyi fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirməkdədir.

Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, 2011-ci ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində Dövlət Dəniz Agentliyi tərəfindən verilən diplom və sertifikatlar Avropa İttifaqının direktivlərinə uyğun olaraq Avropa İttifaqı tərəfindən tanınır və xüsusi ilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”na daxil edilib.

Qəhrəman dənizçilər -   REPORTAJ

Beynəlxalq Dəniz Təşkilatının ekspert qrupunun həyata keçirdiyi yoxlamanın nəticələrinə görə, Azərbaycan bir sıra Avropa dövlətlərindən ön sırada yer tutub. Bu hesabat Beynəlxalq Dəniz Təşkilatının Assambleyasında da səsləndirilib. Üzv dövlətlərə Azərbaycanın təcrübəsindən yararlanmaq tövsiyyə olunub.

Mətbuat katibi bildirdi ki, bu gün Dövlət Dəniz Agentliyi tərəfindən ölkəmiz üzrə dəniz nəqliyyatı ilə daşımaların təhlükəsiz həyata keçirilməsi məqsədilə dəniz üzgüçülüyünün təhlükəsizliyinin səmərəli və effektiv təşkili, eləcə də gəmilərin limanlara girişi və çıxışı zamanı vaxt itkisinin də qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür və həmin işlər ciddi nəzarətdə saxlanılır. Xüsusilə vurğulanmalıdır ki, dəniz nəqliyyatı ilə daşımaların həyata keçirilməsi təhlükəsiz və etibarlı olmasa, bu sahə əcnəbi və yerli yük sahibləri üçün heç zaman cəlbedici ola bilməz. Qeyd edilən amil nəqliyyat dəhlizləri ilə tranzit yükdaşımalarının həyata keçirilməsində yük sahiblərinin daim xüsusi diqqət etdikləri məsələdir.

Hazırladı: Könül AYPARA
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829