Türkiyəli məşhur politoloq vəfat etdi

Məşhur sosioloq, siyasət bilicisi, professor Şerif Mardin 90 yaşında dünyasını dəyişib.
Manera.az Türk mediasına istinadən bildirir ki, Ş. Mardin İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
Mərhumla vida mərasimi sabah (7 sentyabr) günorta namazından sonra Yeniköy məscidində keçiriləcək.
Qeyd edək ki, Ş. Mardin həm Türkiyədə, həm də dünyada əldə etdiyi uğurlarıyla məşhur olan elm adamlarından biri idi.
Şerif Mardinin ölümündən sonra, onun çalışdığı İstanbul Universiteti açıqlama yayıb.
Açlıqlamada deyilir: "Prof. Dr. Şerif Mardinin cənazəsi sabah günorta namazından sonra İstanbul Yeniköy Məscidində qılınan cənazə namazının ardından torpağa veriləcək. Türkiyədə dini və müasirləşmə, vətəndaş cəmiyyəti, ideologiya, mərkəz-periferi istiqamətində özünün qabaqcıl və təməl elmi tədqiqatları ilə Prof. Dr. Şerif Mardini hər zaman sevgi və hörmətlə hörmət edəcəyik. İstanbul Şəhər Universiteti Şerif Mardinə Allahdan rəhmət, ailəsinə, elm adamlarına, bütün sevənlərinə və eləcə də ölkəmizə başsağlığı diləyir."
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.