manera.az
manera.az

İsmayıl Şıxlının ilk və son şeiri

İsmayıl Şıxlının ilk və son şeiri
İsmayıl Şıxlı həyatı boyu cəmi bir şeir yazıb. Nə qədər axtarsaq da, həmin şeiri əldə edə bilmirdik. Təsadüfən Aşıq Ədalət haqqında tərtib olunan “Könül dastanı” şeirlər kitabında İsmayıl Şıxlının bu şeiri ilə rastlaşdıq. Şeirin həmin şeir olduğunu dəqiq təyin edə bilməsək də,hər halda təqdim etdiyimiz nümunə İsmayıl Şıxlının əlimizdə olan ilk və son şeiridir.

MANERA.AZ İsmayıl Şıxlının aşıq Ədalət Nəsibova yazdığı “A dünya” şeirini təqdim edir.

Səndə neçə möcüzə var deyirlər,
Ən alisi Ədalətdi, a dünya.
Günəş batsa, “Kərəmi”nin alovu
Yerə-göyə kifayətdi, a dünya.

Şah pərdədə dilə gəlir o sirlər,
Sərraf görüb yel kimicə əsirlər.
Ədalətin sazındakı sehirlər,
Sevən qəlbə səadətdi, a dünya.

Xəyal yenə nə tez uçdu uzağa,
Vurğun məni vurğun edib Qazağa.
Şıxlı çıxan o müqəddəs ocağa
Nə vaxt getsəm, ziyarətdi, a dünya.

Haray baxır bu varlığa, vəhdətə,
Alqış deyir o ilahi qüdrətə.
Möcüzəli sənətkara, sənətə
Səcdə etmək sədaqətdi, a dünya.

/kulis.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829