manera.az
manera.az

Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsi

Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsi
1955-ci ildə Kəlbəcərdə xalq şairi Səməd Vurğunla böyük el sənətkarı Aşıq Şəmşir görüşür.Görüş sonradan əsl əfsanəyə çevrilir. Səməd Vurğunla Aşıq Şəmşir hətta o görüşdə deyişirlər də…Səməd Vurğunun sonradan "Unutmaz bu oba, bu mahal məni” misrası ilə başlayan qoşması da həmin deyişmənin tərkib hissəsidir.

1955-ci ildə Səməd Vurğun xəstə idi və ürəyinə nəsə dammışdı. Odur ki, fürsətdən istifadə edib Aşıq Şəmşirə bu vəsiyyətini bir bəndlə deyir və o bənd sonradan dilər əzbəri olur:


Aşıq Şəmşir, Dəli dağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal məni.

MANERA.AZ Moderator.az-a istinadən iki el sənətkarının deyişməsini də təqdim edir:

Səməd Vurğun

Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.

Aşıq Şəmşir

Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.

Səməd Vurğun

Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim bu dərdimi de oylaqlara,
Sinəmdən oxladı bir maral məni.

Aşıq Şəmşir

Əzəldən başında cəm olub kamal,
Səni oğul kimi sevir el, mahal.
Azad ölkəmizdə hər zaman ucal,
İstəyir könlümüz bu sayaq səni.

Səməd Vurğun

O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan.
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.

Aşıq Şəmşir

Sən kamil sərrafsan, göz ustadısan!
Fəhmin, fərasətin öz ustadısan!
Qabil sənətkarsan, söz ustadısan:
Dəryasan, arzular min bulaq səni.

Səməd Vurğun

Gəlmişəm, gəzməyə sizin dağları,
Baxım bu yaylaqlara doyunca barı,
Şairin bu yerə düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.

Aşıq Şəmşir

Günbəgün gül açır Vaqifin bağı,
Bir çox şairlərin ana torpağı.
Səmədin məskəni, şeirin ocağı,
Kamala yetirib o Qazax səni.

Səməd Vurğun

Bəxt məni bu yerə qonaq göndərdi.
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.

Aşıq Şəmşir

Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar -
Gəzirəm əlimdə şam-çıraq səni.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031