manera.az
manera.az

Dünyanın ən qədim şəkilli kitabı tapıldı - Foto

📅 15.01.2020 16:53

Dünyanın ən qədim şəkilli kitabı tapıldı - Foto
Arxeoloqlar Misirdə dünyanın ən qədim şəkilli kitabını tapıblar.

Təxminən 4 min il əvvəl hazırlandığı güman edilən bu unikal kitabda fironların ölümdən sonra Osiris tanrısının yanına getməsi izah edilir.

Manera.az xəbər verir ki, fironun tabutunun üzərində eramızdan əvvəl 2055-1795-ci illərdə yazılmış "İki yolun kitabı" adlanan bu artefaktda minlərlə talisman və ilahi yazılar var. Onların hamısı ölümdən sonrakı həyat haqqındadır.

Talismanların əksəriyyəti piramidalarda olan mətnlərdən köçürülüb və ancaq fironlara aid olub. Bu cür təsvirlər və yazılar Qədim Misirin bir çox abidələrində - obelisklər, sərdabalarda, habelə papiruslarda mövcuddur.

Arxeoloqlar qeyd ediblər ki, mətn və şəkillər fironun dəfnindən sonra kahinlərin nəzarəti altında işlənilib. Qədim Misirdə dəfn ayinlərində iştirak edən kahinlər belə düşünüblər ki, fironlar Osiris tanrısının hüzurunda daha xoşbəxt həyat sürəcəklər. Bundan başqa, kitabda hökmdarların tanrının hüzurunda məhkəməyə çıxarılacağı da təsvir edilib.

Dünyanın ən qədim şəkilli kitabı tapıldı - Foto


Baxış sayı - 1 112 | Yüklənmə tarixi: 15.01.2020 16:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031