manera.az
manera.az

Ən qədim “smaylik” -Yeni tapıntı

📅 19.07.2017 14:00

Ən qədim “smaylik” -Yeni tapıntı
Türk və italyan arxeoloqlardan ibarət qrup üzərində gülən insan üzünün ən qədim qrafik təsviri olan saxsı qab aşkar edib.

Bu barədə qrupun rəhbəri, Bolonya Universitetinin professoru Nikolo Marketti deyib.

O qeyd edib ki, bu mövsümün ən maraqlı tapıntısı Türkiyənin Qaziantep vilayətinin Karkamış şəhərində aparılan arxeoloji qazıntılar zamanı üzərində “smaylik” əks olunan su qabının aşkar edilməsi oldu:

“Qabın eramızdan əvvəl 1700-cü ilə aid edilir. Deməli, biz dünyada ən qədim “smaylik”i tapmışıq. Ustanın bunu hansı məqsədlə qabın üzərinə çəkdiyini deyə bilmirik”.

Saxsı qab Qaziantep Arxeologiya Muzeyinə təhvil veriləcək.

Qeyd edək ki, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinin 5 min ildən çox yaşı var. / Trend


Baxış sayı - 1 855 | Yüklənmə tarixi: 19.07.2017 14:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930