manera.az
manera.az

"Qoxu"-HEKAYƏ | MANERA.AZ

"Qoxu"-HEKAYƏ | MANERA.AZ\

İnqilab Naseh

"Qoxu"


Hər səhər bir ünvanda gözünü açırdı həyata.. Gecələyəcəyi yeri gün ərzində müəyyən edirdi və günorta saatlarında gecələmək üçün seçdiyi ünvanda ətrafın tərzini öyrənmək üçün müşahidə aparırdı..

Bu gecə bir paltar mağazasının yan tərəfindəki rübubətli,siqaret kötükləri ilə döşənmiş dar küçədəki köhnə taxta oturacaqda gecələyəcəkdi.. İndi ətrafı müşahidə vaxtı idi.. Və paltar mağazasının qarşısındakı pilləkanda oturaraq ətrafı gözdən keçirirdi,barmağı ilə də şalvarının dizindəki cırığdan qıçının tüklərini sığallayırdı..

Sakitlik idi.. Ətrafda heç bir tərpəniş,qeyri-adi olay görünmürdü.. "Əsil gecələməli yerdir!" dedi öz-özünə..

Qış aylarından bəri canında soyuqluq var idi.. Zaman-zaman qrip olurdu.. İndi də qrip xəstəliyindən təzə ayılmışdı.. Yenidən qoxubilmə qabiliyyəti ilə görüşmüşdü burunu..

Ətrafda qəribə olan bir şey var idi.. O da qoxu.. Nəsə qəribə bir qoxu var idi.. Tanış olduğu qədər də yad idi bu qoxu ona.. Amma bu qoxunu nə vaxtsa hiss etdiyindən və bu qoxu ilə ilk qarşılaşması olmadığından əmin idi.. Bir türlü tapa bilmirdi,lakin o qoxunun adını..

Ayağı ilə digər ayağını "qaşayır" və ağzı açıq şəkildə burnunu qurdalayırdı.. Burdakı missiyasını,demək olar ki,yerinə yetirmişdi.. Gecəni burda yatacağını dəqiqləşdirmişdi.. Əgər gecə hər şey düşündüyü kimi getsə sabah da burda yatmaq ehtimalı var idi beynində.. Bu tərəfdən də bu qoxu məsələsi lap bezdirirdi onu..

"Nədir ee bu iy?!" deyə sual verirdi özünə tez-tez.. Bu zaman arxasında tərpəniş hiss etdi.. Biixtiyar şəkildə hövlnak ayağa qalxdı,geriyə döndü.. Bir qız əlində kofta paketi ilə çıxırdı paltar mağazasından.. Əvvəl diqqəti əlindəki paketə yönəldi.. Yemək yox,paltar paketi olduğunu müəyyənləşdirdikdən sonra(onu indi maraqlandıran ilk şey yemək idi) nəzərlərini qızın üzünə doğru itələdi.. "Necə də gözəldir!" dediyi anda paket qızın əlindən yerə düşdü.. Cəld sıçrayıb paketi və paketin içindən çıxaraq bir hissəsi yerdə,bir hissəsi paketin içində olan koftanı götürdü.. Koftanı əlinə aldığı an kobud şəkildə sıxdı və səliqəsiz şəkildə paketin içinə ataraq qıza uzatdı.. Çox centlmen olduğunu düşünürdü bu an.. Qız təşəkkür edərək uzaqlaşdı ordan..

Yenə həmin oturduğu yerə qayıtdı.. Yenə ağzı açıq şəkildə burnunu qurdalamağa və indi artıq o qoxunu yox,qızı düşünməyə başladı.. Daha doğrusu başlamaq istəyirdi.. Ki,o qoxunu daha da yaxından,çox yaxından hiss etdi.. Koftanı götürüb sıxdığı barmaqlarından gəlirdi o qoxu..

Ağlayırdı.. Sonuncu dəfə aldığı paltarın qoxusu yadına düşmüşdü..

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031