manera.az
manera.az

Uca dağların şairi - İbrahim İlyaslının şeiri

📅 15.10.2019 10:01

Uca dağların şairi - İbrahim İlyaslının şeiri
Şair Ağasəfanın 77-sinə 3 yarpaq

Yetmiş yeddin kutlu olsun
Uca dağların şairi.
Gülqarışıq söz bitirən
Bağça-bağların şairi.

Saf Ağ-ın sadiq adaşı,
Qarabulağın sirdaşı.
Qədimlərin arkadaşı,
Bizim çağların şairi.

Payına “döz” düşənlərin,
Bağrına köz düşənlərin...
Haqqına söz düşənlərin,
Sözü haqların şairi!..

14.10.2019.
İbrahim İlyaslı

P.S. Bədahətən söylədiyim 1 bəndin 3 xanəlik şeir olmağına vəsilə olan şair Xatirə xanım Fərəcliyə sayğılarımla...


Baxış sayı - 1 725 | Yüklənmə tarixi: 15.10.2019 10:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930