manera.az
manera.az

Veysəllidən çıxan türkün şairi - İbrahim İlyaslı

Veysəllidən çıxan türkün şairi - İbrahim İlyaslı
Bütün sumqayıtlıların, ədəbi camiəmizin böyük intizarla gözlədiyi gözəl gün - camiəmizin patriarxı, əziz USTADımız, ŞAİR ƏŞRƏF VEYSƏLLİnin 80 illik Yubiley günü gəlib çatdı!Bütün arzu və istəklərim isə hələ 20 il öncə - USTADın 60 illik Yubileyi günündə söylədiyim şeirdədir! Ömrün uzun, canın sağlam, könlün hər zamankı kimi göyçək olsun, USTAD! 100-cünü qutlamaq nəsibimiz olsun!!!

Sevgilərimlə; İbrahim İlyaslı...

ŞAİR ƏŞRƏF VEYSƏLLİYƏ

Hər şair nəfsiylə bacara bilmir,
Hər şair keçəmmir şöhrətdən, «ad»dan.
Hər oğul haramsız çəkiyə gəlmir,
Hər oğul halallıq ummur dünyadan.

Səni tez oyatdı şair ilhamın,
Duydun – bu əzablar haqqa cəmiymiş.
Dedin: «Şair olmaq ayağı yalın
Süngülər ucunda gəzmək kimiymiş».

Avarı sərrastdı, ləngəri ağır,
Axını tərsinə üzən şairin.
Qanı qələmindən daşdanıb çıxır,
Süngülər ucunda gəzən şairin.

Bilirdin – bu yollar gözü qanlıdı,
Bilirsən – bu yollar Hələbdən keçir.
Bilirdin – bu dünya üzü qanlıdı,
Bilirsən – örkəni kələkdən keçir.

Köksüyün altında düşərgələr var,
Sən – zindan şairi, sürgün şairi.
Belə olmalıydı, belədi ki, var,
Veysəllidən çıxan türkün şairi.

Fitnə – fəsadlardan gen yaşayırsan,
Lələ, bu duyğular sənə doğmadı.
Çünki bu şəhərdə sən yaşayırsan,
Sumqayıt bu qədər mənə doğmadı.

İlhamın qoynundan sıyrılıb çıxıb,
Dərədə dumanın, zirvədə çənin.
Halal qələm tutan əlini sıxıb,
Halal ürəyindən öpürəm sənin.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031