manera.az
manera.az

Bakıda beynəlxalq kinofestival olacaq

📅 16.09.2019 12:15

Bakıda beynəlxalq kinofestival olacaq
Oktyabrın 2-dən 6-dək Bakıda III Doku Baku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək.

Manera.az xəbər verir ki, festivala 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır: “138 qısametrajlı filmin isə 22-si yerli istehsaldır. Bu il festivala Cənubi Amerikadan tutmuş, Kanada, hətta Yaponiyadan filmlər daxil olub.

Festivalın əsas proqramına daxil olan filmlər “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Special Jury Mention” kateqoriyalarında yarışacaqlar. “Tamaşaçı rəğbəti mükafatı” da təqdim ediləcək.

Münsiflər heyətinə Georg Seesslen, Heleen Gerritsen, Tinay Muşdiyeva, Paşa Təbrizli, İradə Bağırzadə, Mirbağır İsmayılov kimi kino nümayəndələri daxildir. Müsabiqə proqramına daxil olmuş filmlərə beynəlxalq və yerli münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər oktyabrın 6-da, festivalın bağlanış mərasimində elan olunacaq.


Baxış sayı - 1 188 | Yüklənmə tarixi: 16.09.2019 12:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930