manera.az
manera.az

Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu - Foto

Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu - Foto
Yazıçı-esseist, tərcüməçi Günel Eyvazlının “İşıq” adlı yeni kitabı “Elm və təhsil” Nəşriyyatında – “Ədəbiyyat qəzeti” yayınları silsiləsindən işıq üzü görüb.

Manera.az xəbər verir ki, 464 səhifədən ibarət kitabda müəllifin son illərdə qələmə aldığı, “Ədəbiyyat qəzeti”ndə çap olunmuş esse, hekayə, şeir və bədii-publisistik yazıları daxil edilib.

“İşıq”ı oxuduqca müəllifin mövzulara fərqli rakursdan baxış bucağını, düşüncə genişliyini, fəlsəfi, sürreal, okkultiv, intellektual izah manevrlərini görmək mümkündür.
Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu - Foto
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, ön söz müəllifi filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovadır.

Qeyd edək ki, "İşıq" müəllifin sayca üçüncü kitabıdır.

Kitab ilk dəfə oxuculara 16 sentyabr tarixində Sumqayıt şəhərində təşkil olunacaq I Kitab Yarmarkasında təqdim olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031