manera.az
manera.az

"Bataqlıq" təqdim olunacaq

📅 05.07.2019 12:35

"Bataqlıq" təqdim olunacaq
Zəka Vilayətoğlunun "Bataqlıq" adlı yeni kitabı işıq üzü görüb.

Kitabda müəllifin müxtəlifin illərdə qələmə aldığı povest və hekayələri toplanıb. Yüksək koloritli bədii dillə qələmə alınan nəsr əsərlərində canlı həyat lövhələrini, ictimai hadisələrin bədii təsvirini, müxtəlif tipli insanların peşəkarlıqla sərgilənən xarakterlərini müşahidə etmək mümkündür. Nəsr nümunələri oxucunu həyəcanlandıra və uzun müddət öz təsiri altında saxlaya bilir.

Qeyd edək ki, “Bataqlıq” müəllifin sayca 7-ci kitabıdır. Kitabın dizayneri Günel İsmayılova, redaktoru Narıngül Nadirdir.

Kitabın imza və təqdimat günü 7 İyul tarixində, saat 14-00-da kitabevim.az Kitab Evində keçiriləcək.

Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.

MANERA.AZ


Baxış sayı - 961 | Yüklənmə tarixi: 05.07.2019 12:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031