"LİBRAFF"-da dəyişiklik: Yeni rəhbər təyin olundu

"LİBRAFF" mağazalar şəbəkəsində yeni təyinat olub
Manera.az xəbər verir ki, bundan sonra "LİBRAFF" kitab mağazalar şəbəkəsinə diksiya mütəxəssisi və aparıcı Cəlalə Nəzəroğlu rəhbərlik edəcək.
Bu barədə C.Nəzəroğlu özü məlumat verib
Qeyd edək ki, Cəlalə Nəzəroğlu 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. İş fəaliyyəti müxtəlif illərdə Xəzər TV-də "Xəzər Xəbər"-in aparıcısı, İnterAz TV-nin "Xəbərlər" departamentinin rəhbəri, ANS televiziyasında "Salam, Azərbaycan" proqramının rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.
Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu "SAYGIN Coaching& Consulting" Fərdi İnkişaf Mərkəzində təlim alıb. Bir çox dövlət qurumlarında, özəl şirkətlərdə, QHT-lər, ali və orta məktəblərdə səlis danışığı fərqli formatda öyrədən seminar və təlimlər verib, fəaliyyətini davam etdirməkdədir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Nitq mədəniyyəti müəllimidir.
Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan ASAN radionun redaktor və aparıcısıdır. O "Danışığınla həyatı qazan" kitabının müəllifidir.
MANERA.AZ