“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara tanınmış jurnalist Cəlalə Nəzəroğlu cavab verir.- Niyə varsan?- Atam sevdiyi qadından qızının olmağını istəyib, mən də var olmuşam.
- Niyə yox olacaqsan?- Zövq almağa heç nə tapa bilmədiyim üçün.
- Niyə yazırsan?- Bəzən səssiz düşünməkdən bezdiyim üçün.- Yaşamaq nədir?- Səhv etmək, təcrübə yığmaq, doğru qərarlar vermək.
- Ölüm nədir?- Var ikən də ölmək mümkündür deyə, ölüm-səni düşünərkən heç kimin, heç nə hiss etməməsidir.
- Ədalət nədir?- Qərar verən insan və ya insanların o an üçün özünü haqqlı bilməsi.
- Azadlıq nədir?- Azadlıq nəyisə etməyə məcbur olmamaqdır!
- Yaradıcılıq nədir?- Şəhərin səs-küyündən qaçıb tənha sahildə oturmaq kimi bir şeydir; bir anlıq zövq.
- İnsan kimdir?- Həyatını bəzən yeriyərək, bəzən dırmanaraq, bəzən də sürünərək keçirən canlı.
Tural İsmyılov,
MANERA.AZ
Baxış sayı - 2 967 |
Yüklənmə tarixi: 12.04.2017 14:52