manera.az
manera.az

Türkiyədə azərbaycanlı turistlərin sayı açıqlandı

📅 08.05.2019 23:16

Türkiyədə azərbaycanlı turistlərin sayı açıqlandı
2019-cu ilin iyul ayında Azərbaycandan Türkiyəyə 128,3 min turist səfər edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,90 faiz çoxdur.

Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,94 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 479,8 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 4,71 faiz çoxdur.

Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,94 faiz təşkil edib.

Ümumilikdə isə bu ilin iyul ayında Türkiyəyə 6,617 milyon turist səfər edib. Bu rəqəm ötən ilin iyulu ilə müqayisədə 16,67 faiz çoxdur.

İyul ayında Antalyaya 2,5 milyon, İstanbula isə 1,6 milyon turist səfər edib.

2019-cu ilin yanvar-iyul aylarında Türkiyəyə ümumilikdə 24,6 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin müvafiq dövrü üzrə göstəricidən 14,11 faiz çoxdur.


Baxış sayı - 1 174 | Yüklənmə tarixi: 08.05.2019 23:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031