manera.az
manera.az

Quşlar və pilotlar - ŞEİR

Quşlar və pilotlar - ŞEİR
Manera.az Elşən Mehdinin şəhid pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevə həsr etdiyi “Polkovnikə mən yazıram” şeirini təqdim edir.

Göyün qapısında növbə var.
Göylər yerdən dərindi.
Yüksəklikdən qorxmamaq daha ürpədicidi, qorxmaq yox
İnsan torpağındı, yerindi.
Polkovnikə uzaq bir yerdən yazıram

Səma ildırım barmaqlarını şaqqıldadanda,
Eyni dildə qorxurlar
Quşlar və pilotlar.
Biri qanadlarını, biri çiyinlərini çəkər...
Çiynindəki ulduzlar göydəki ulduzların əksi
Gözləri səmavi göylərə baxmaqdan mavi.
Polkovnikə göylərdən yazıram

Üfüqdə iki göyərçin
qanadlarıyla "x" işarə edir göylərçün,
Yer yoxdu
Göyün qapısında növbə var deyir.
Uşaqlar ölümdən anlamaz
Onların oyuncaq təyyarələri qırılsa da
şirəli barmaqlarının arasında uçar,
Səmadasa qəzalar bağışlanılmaz
Polkovnikə qədərdən yazıram.

Bir gün çərpələngə aşiq olar yaşlı qağayı
Uçmağını gözləyər,
çərpələngsə uçmaz
tir-tir əsib qalar bu sevdaya
Hə, bu nə yerdəki məftil sərhəddi, nə də divar
Göyün qapısında növbə var
Bu da iki dünya arasında yol ayrıcı
Şəkillərinə son dəfə baxdım,
Sinəndə qırıcı yazılmışdı, qırıcı

Polkovnikə mən yazıram.
Pəncərəmdən yazıram
Üzü göylərə.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728