manera.az
manera.az

Dünyanın qələmə alınmış ilk romanı

📅 23.08.2019 12:43

Dünyanın qələmə alınmış ilk romanı
Murasaki Şikibunun "Gencinin hekayəsi” əsərinin dünyada qələmə alınmış ilk roman olduğu bildirilir.

Manera.az xəbər verir ki, bu qənaəti Harvard Universitetinin yapon incəsənəti və mədəniyyəti üzrə professoru Melissa MakKormik bölüşüb.

Min il bundan əvvəl (1001-ci ildə) yazılmış bu əsər və onun ardından Murasaki Şikibunun Hikaru Gencinin həyatına həsr etdiyi digər əsərləri dünya ədəbiyyatının şedevrlərindən sayılır. Əvvəlcə To-Şikubu adlanan bu şairə və yazıçı məhz romandakı Murasaki obrazına görə eyni ada layiq görülüb. Heyan dövründə (794-1185-ci illər) yapon adətlərinə görə qadınların adı olmadığından, yazıçı sonradan qəhrəmanın adı ilə tanınıb.

Professor MakKormik qeyd edib ki, "Gencinin hekayəsi” dünyada tayı-bərabəri olmayan şöhrət qazanıb.

Belə ki, 1925-ci ildə Artur Valenin tərcümə etdiyi əsər sonradan bir neçə dəfə ingiliscəyə, habelə bir çox dillərə tərcümə edilib.

Onun sonuncu nəşri isə 1300 səhifədən ibarətdir.

MANERA.AZ


Baxış sayı - 1 136 | Yüklənmə tarixi: 23.08.2019 12:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031