manera.az
manera.az

“Qafqaz qaçaqları” romanı işıq üzü görüb

📅 23.12.2018 18:19

“Qafqaz qaçaqları” romanı işıq üzü görüb
Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının "Qafqaz qaçaqları” romanı işıq üzü görüb.

Manera.az xəbər verir ki, Kitabı türkcədən doğma dilimizə Məti Osmanoğlu çevirib.

Roman bolşevik çevrilişi ilə başlayan zülmün 100-cü ilində babası Məmməd Babanın, atası Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edib.

Professor kitabında yazıb: "Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar”.

Qeyd edək ki, Qarsda doğulub Ərzurumda yaşayan professor Əli Kafkasyalı Azərbaycan əsillidir: atası Qazaxın II Şıxlı kəndindəndir. Müəllifin babası Məmməd Baba Milli ordunun sərhəd mühafizə dəstəsinin başçısı olub. O, XI Qırmızı ordu ilə vuruşmada şəhid olub. Var-dövlətləri əllərindən alınmış şəhid ailəsi sovet rejiminin yaratdığı çıxılmaz vəziyyətlə bağlı məcburən Türkiyəyə köçüb.

“Qafqaz qaçaqları” romanı işıq üzü görüb
“Qafqaz qaçaqları” romanı işıq üzü görüb

MANERA.AZ


Baxış sayı - 1 081 | Yüklənmə tarixi: 23.12.2018 18:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031