Məhşur “Hamlet” əsəri “Rebus” teatrının təqdimatında

Tarix:29-05-2017, 15:41 Baxış Sayı:507

Məhşur “Hamlet” əsəri  “Rebus” teatrının təqdimatında


Mayın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində “Rebus” teatrının təqdimatında dünya şöhrətli dramaturq Uilyam Şeksprin “Hamlet” əsəri əsasında səhnələşdirilən “Hamlet- X” tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov olan səhnə əsəri yeni üslubda fərqli formada təqdim edilib.

Hamlet rolunu rejissor Ceyhun Dadaşov canlandırıb.Digər rolları “Rebus” teatrının aktyorları Əli Əlizadə, Elnur İsmayılov, Əli Novruz, Natəvan Abbaslı və Arzu Hüseynova ifa edib.


Tamaşa aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Xronometrajı 40 dəqiqə olan tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.Yalnız tamaşanın müəyyən hissəsində Hamletin "Ölüm və ya olum" monoloqundan dörd, beş cümləsi səslənib. Tamaşa əsasən plastika-hərəkət, biomexanika elementləri üzərində qurulub. Tamaşada psixoloji halın plastikasına üstünlük verilir.Tamaşanın ümumi məğzini kabus, qarabasma nüansları təşkil edir. Bu da öz növbəsində "Hamlet"in yuxusu kimi yozula bilər.

Qeyd edək ki,Sözügedən tamaşa "Rebus" teatrının sayca üçüncü tamaşasıdır amma "Rebus" teatrının Azərbaycan Teatrının səhnəsində ilk tamaşasıdır bundan əvvəl teatr bir neçə mühüm festivallarda çıxış edib.


Məhşur “Hamlet” əsəri  “Rebus” teatrının təqdimatında

Məhşur “Hamlet” əsəri  “Rebus” teatrının təqdimatında

Məhşur “Hamlet” əsəri  “Rebus” teatrının təqdimatında

Məhşur “Hamlet” əsəri  “Rebus” teatrının təqdimatında

Məhşur “Hamlet” əsəri  “Rebus” teatrının təqdimatında

Məhşur “Hamlet” əsəri  “Rebus” teatrının təqdimatında

Məhşur “Hamlet” əsəri  “Rebus” teatrının təqdimatında



Turan EtibaroğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ