Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına kiçik səhnəsində mərhum dramaturq Rövşən Ağayevin “Sonluğun sonu” adlı əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib.Premyerada tanınmış icəsənət xadimləri,jurnalistlər iştirak edibTeatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təqdim olunan psixoloji dramın quruluşçu rejissoru və rəssamı gənc istedadlı tələbə Asiman Ağa Rövşəndir.
Mono-tamaşada tənha, qoca və xəstə qadının birgünlük yaşam tərzinin vizual görüntüsü, onun acı etirafları aktrisa Güşvər Şərifovanın ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Zəngin səhnə dekorasiyası və aktrisanın məharətli çıxışı tamaşanı daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.
Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 1 534 |
Yüklənmə tarixi: 27.05.2017 23:47