Azərbaycan reallığı dünyaya çatdırılır - AVCİYA-nın növbəti uğuru

Tarix:9-01-2017, 13:23 Baxış Sayı:165

Azərbaycan reallığı dünyaya çatdırılır -   AVCİYA-nın növbəti uğuru
“Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya Azərbaycan reallığının dünyaya çatdırılmasına hesablanmışdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı bu layihə Azərbaycan xalqının üzləşdiyi problemləri bütün təfərrüatı ilə ortaya qoyur. ABŞ-ın petisiyaya cavabı sırf reallığa hesablanmış, hadisənin mahiyyətinin dərkinin nəticəsi olaraq dolğun təsəvvür yaratmışdır.

Amerika sosioloji araşdırma mərkəzinin AVCİYA-nın layihəsini dünyada ən mükəmməl olan petisiyalardan biri kimi qiymətləndirilməsi özlüyündə reallığın dünyaya çatdırılmasıdır və bu istiqamətdə məqsədyönlü işin aparılmasını zəruru edir. Amerikanın Pew Tədqiqat Mərkəzinin dekabrın 28-də dərc etdirdiyi “Biz xalqıq” platforması yarandığı gündən böyük problemləri həll etmək, pozulmuş nizamın bərhası istiqamətinə yönləndirilmiş bir məqsədi özündə ehtiva edir.

2011-ci ildən fəaliyyətə başlayan “Biz xalqıq” platforması dünyada yaranmış problemlərin çözülməsinə istiqamətlənmişdir. Mənbələrin verdiyi məlumata görə, indiyə qədər 4799 petisiya ünvanlanmış və onların təxminən 227-nə cavab verilmişdir. İlk öncə bu qədər petisiyanın ünvanlanması mövcud dünyada gərginlik ocaqlarının çoxluğundan, dünyamızın nə qədər ağır problemlər yaşamasından xəbər verir. Digər bir məsələ Ağ ev Adminstrasiyasının mövcud petisiyaları diqqətlə saf-çürük etməsi və 227-nə cavab yazması ilə bağlıdır.

“Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya öz məzmunu, problemin reallığı ifadəsi baxımından kifayət qədər yüksək qiymətləndirilmişdir. Ağ Evin petisiyaya qısa zaman kəsiyində cavabı digər istiqamətdə Ağ Ev admistrasiyasının Azərbaycanla bağlı problemlərə diqqət göstərməsidir.

Mərkəz təkcə hansısa regionun, qitənin məsələlərini öyrənmək yolunu tutmayıb bütünlükdə dünya səviyyəsində olanları əhatələyir. Göründüyü kimi, aparılan peşəkar təhlillər, qaldırılan ciddi problemlər təkcə ABŞ-ın siyasətini və strategiyasını öyrənmək və qiymətləndirmək yolunu tutmur, burada baş verən sosial və demoqrafik proseslər diqqətlə izlənilib təhlil olunur. AVCİYA-nın təqdim etdiyi layihə də məhz bu problemlərin dünyaya çatdırılmasına və onun həllinə yönəlmişdir. Əlbəttə bu cavab Azərbaycana dəstəyin nümunəsidir.

Azərbaycan imperiyanın çöküşündən sonra böyük problemlərlə üz-üzə qaldı. Tarixi torpaqlarında ermənilər etnik təmizləmə apardı. Yüzlərlə, minlərlə tarixi abidələr, mədəniyyət nümunələri, xalqın etnik yaddaşı təcavüzlə qarşılaşdı, bir milyondan çox əhali dədə-baba yurdundan didərgin düşdü. Bu azmış kimi Azərbaycanın böyük bir hissəsi, Qarabağ torpaqları işğal olundu. İkinci bir qaçqınlıq problem yaradıldı. Beynəlxalq təşkilatlar baş verənlərə öz fəal münasibətini bildirdi, Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədi, işğal olunmuş torpaqların azad edilməsini, yerli əhalinin öz dədə-baba yurdlarına qayıtmasını bir xətt kimi əsas götürdü. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı petensiya bütünlükda problemin həllinə hesablanmışdır. Məhz bu səbəbdən də Azərbaycan xalqı, bütünlükdə türk dünyası, mütərəqqi bəşəriyyət bu petensiyanın tərəfdaşı olmasını nümayiş etdirdi. ABŞ bu müraciətin nəticəsi olaraq Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını dəstəklədi. Bu özlüyündə məsələyə ciddi münasibət və siyasi dəstəyin nümayişi idi. Ermənistanın işğalçı kimi tananması, zəbt etdiyi ərazilərdə mədəniyyət abidələrini məhv etməsi, ərazisində olan atom elektrik stansiyasından zəhərli suların Azərbaycana axıdılması, Sərsəng su anbarı ilə bağlı etdiyi təhdidlər bütünlükdə dünya düzəninin, beynəlxalq qanunların pozulmasına və ona əhəmiyyət verməməyə hesablanmışdır. AŞPA-nın Ermənistanı işğalçı dövlət kimi tanıması (26 yanvar 2016-cı il), 47 Avropa Şurası üzvünün işğalçı siyasətə münasibəti Azərbaycanın pozulmuş hüquqlarının, dövlət sərhədlərinin bərpasına münasibətdir. Bu gün də Ermənistan orduları bütünlükdə sərhəd boyu Azərbaycan ərazilərini atəş altında saxlayır, sərhəd kəndlərin dinc sakinləri qorxu içərisində yaşayır. Snayper güllələrinə, iri çaplı silahların atəşinə məruz qalır. AVCİYA-nın bu addımı Azərbaycan probleminin təkrarən dünyaya çatdırılmasına və pozulmuş dünya nizamının bərpasına hesablanmışdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası sistemli, düşünülmüş, məqsədyönlü fəaliyyəti ilə ABŞ kimi nəhəng bir güc mərkəzinin dəstəyini almışdır.


Prof. Mahmud Allahmanlı,
MANERA,AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ