manera.az
manera.az

Əməkdar artist: “Bizi tamaşaçı alqışına həsrət qoyurlar…”| MANERA.AZ

Əməkdar artist: “Bizi tamaşaçı alqışına həsrət qoyurlar…”| MANERA.AZ
manera.az
MANERA.AZ-ın bu dəfəki həmsöhbəti Azərbaycanın teatr və kino aktyoru Kazım Abdullayevdir.

- Kazım bəy, siz istər xarici görünüşcə, istərsə də düşüncə və təfəkkür tərzinizə görə ciddi, öz yerini bilən, həm də bir qədər sərt imicli bir insan təsiri bağışlayırsınız…

-Bəlkə də mənim xarici görünüşümün belə olduğuna görə rejissorlar həmişə mənə mənfi obrazlar verməyə çalışıblar. Ola bilər ki, oynadığım rollar məni belə göstərir ya nədəndir bilmirəm…

-Bəs əslində Kazım Abdullayev kimdir?

-Mən çox yumşaq, necə deyərlər, mehriban insanam.Hec kəsin xətrinə dəyməyi xoşlamıram,əksinə hamıya yaxşiliq etmək istəyirəm əlimnən gəldiyi qədər, imkan daxilində hamıya kömək əlimi uzatmaq istəyirəm.

- Aktyor olmaq həyatınıza necə təsir edib?

- Aktyorluq həyatıma heç bir təsir göstərməyib . Çünki mən sənəti və həyatı bir-birinə qatmıram. Hərəsinin öz yeri var. Mən həyatda adi bir insan, səhnədə isə aktyoram.Çox təəssüf ki, bəziləri bunu bir-birinə qatırlar.Onlarda bu əksinə alınır - həyatda aktyor, səhnədə hecnə!..

-Ailənizdə bu sahədə davamçınız olacaq kimsə varmı?

-Mən istəmədim nə oğlum, nə də qızım mənim çəkdiyim əziyyəti çəksinlər.

-Niyə ki?

-Çünki aktyor həyatı çox çətin və əziyyətlidir. Həm də əgər başlanğıcda sənə mənəvi dayaq verən yoxdursa, bu daha pis! Ona görə də onları teatrdan uzaq tutdum, başqa səmtə yönəltdim.Oğlum Bakı Biznes Universitetini, qızım Xarici Dillər Universitetini bitirdilər.Amma deyir, sən saydığını say, gör fələk nə sayır… Oğlum yenə mən tərəfə gəldi. Amma aktiyor yox, montajçı - rejissor oldu. Bir neçə reklama da çəkilib. Bundan əlavə özü bir neçə klip çəkib, 10-a yaxın serialın montajçı - rejissoru olub.Hal-hazırda CBC telekanalında həm rejissor kimi, həm də montajçı kimi işləyir. Qızım isə AZALda işləyir.

-Kazım bəy, seriallarda tez-tez görünürsüz…

- Doğrudur. İndiyə qədər 10-12 seriala çəkilmişəm. Hal-hazırda da “Bir ailəm var” serialında çəkilirəm. Xəzər tv-nin layihəsidir.

-Yaxın zamanda başqa seriala çəkilmək gözlənilirmi?

-Bu yaxınlarda 3- 4 seriala dəvət almışam, amma çəkilə bilmədim.

-Səbəb?

- “Bir ailəm var” serial il 2 illik müqaviləm var deyə başqa seriallara çəkilə bilmərəm.

- Bəs xarici filmlərdə rol almısız?

- Əlbəttə. Russiyanın 3 serialında çəkilmişəm.

- Mütaliəylə aranız necədir?

-Kitablarla aram çox yaxşıdır. Mən Sovet dövründə böyümüş adamam .O vaxt əlimizə pul düşən kimi kitab alırdıq. Məktəb, institut illərində çox oxumuşam. İndi vəziyyət bir az başqadır.

-Yəni?

- İndi imkan daxilində oxuyuram. Əsasən hazırlanan tamaşa ilə əlaqədar əsərini oynayacağımız müəllifin yaradıcılığı ilə tanış olmağa çalışıram . Son günlər boş vaxt az olduğu üçün kitab oxumağa vaxt qalmır.

- Kazım bəy, kütlə tərəfindən bəyənilən və izlənilən aktyorsunuz. Maraqlıdır bəs özünüzün izlədiyiniz aktyorlar kimlərdi?

- Hə, rejissorlar məni sevirlər. Bizdə olan bütün yaşlı və cavan rejissorlarla işləmişəm. Teatrda, kinoda və televiziyada. 10 ildi də “Azdrama”da çalışıram. Sevməsəydilər bu müddətdə 40-a yaxın rol oynamazdim…

- Seriallar, teatr…Bu qədər işləri necə çatdırırsız, yorulmursuz?

- Düzünü desəm, mən işlək aktyoram, işim olmayanda özümü pis hiss edirəm. Fikir edirəm ki, yəqin heç kimə lazım deyiləm. Telefonum bir gün susanda da düşünürəm ki, getmək lazımdır, artıq lazım deyiləm heç kimə!...

- Deməli, işinizdən zövq alırsız…

- Əlbəttə. Məni formada saxlayan, dərdlərimi unutduran işimdir. Hazırda da teatrda, kinoda və dublyajda çalışıram…

- Gərgin iş qrafikanız var yəqin ki. Bəs necə dincəlirsiz?

- Dincəlmək mənlik deyil! Mən işim olanda dincəlirəm. Bu il 40 il olur ki, professional səhnədəyəm. Məzuniyyət vaxtı dincəldiyim yadıma gəlmir. Bəlkə 3- 5 günlük harasa getmişəm, amma bu dincəlmək sayılmır. Hələ institut illərindən tətildə pioner düşərgələrində işləyirdim, sonra işə başlayandan yay aylarında çəkilişlərdə olardım. Elə o vaxtdan beləyəm, indi də hərdən vaxt olanda həmkarlarımla çay içirəm, söhbət edirik, vəssalam!

- Bildiyim qədər, həmkarınız, xalq artisti İlham Əsgərovun ölümü sizi də çox sarsıdıb.

- Allah rəhmət eləsin İlhama! Yaxşı dost, yaxşı insan, yaxşı sənətkar idi. Onun qəfil ölumu hamımızı çox yandırdı.

- Mərhumun ailəsi mətbuata açıqlamasında bildirdi ki, “Azdrama” nın, Mədəniyyət və Turizm Nazirliyinin dəfnə biganəliyi səbəbindən İlham Əsgərovun vida mərasimi sönük keçirildi və bu səbəbdən rayonda- Masallıda dəfn olundu. Siz necə düşünürsüz, mərasim sönük idimi?

-O nun dəfn mərasimi təntənəli şəkildə olmasa da, sönük keçdi deməzdim . Əsas onu sevənlər özünə, sənətinə hörmət edənlər, onu özünə yaxın, doğma bilənlər o gün yanında idilər.

-Ümumiyyətlə, son vaxtlar rəhmətə gedən aktyorlarımıza biganəlik var sanki...

-Həyatdır da!... Amma gərək belə olmayaydı. Hər halda xalqın sevdiyi hörmət etdiyi sənətkarlara dəyər vermək lazımdır. Demirəm mütləq Fəxri Xiyabanda dəfn olunmalıdır. Heç olmasa, ömrünü, gününü, canını qoyduğu teatrda onunla vida mərasimi təşkil etmək olardı...

Bilirsiz, hər bir insan hansısa bir alətlə işləyir. Məsələn, musiqiçilər musiqi alətləri ilə, rəssamlar firca ilə, çəkməçi çəkiclə, bənna daşla, qumla...

-Bəs aktyorlar?

-Biz aktyorların “alət”i özümüzük - ürəyimizdi, əsəblərimizdi. Hər obraza özümüzü xərcləyirik, bir parçamızı istifadə edirik. Ona görə də çox əsəbi oluruq, ürəyimiz də ağrıyır, xəstələnirik də! Amma belə vaxtlarda özümüzü müalicə etdirməyə imkanımız olmur.

-Niyə?

-Çünki çox cüzi məvacib alırıq.

-Bəs qazandığınız nədir bu sənətdə?


-Bizim bu sənətdə qazandığımız tamaşaçı sevgisidir, bir də alqışlar!..

-Onu da sizə çox görürlər...

- Doğrudur. Heç olmasa, bizi dünyamızı dəyişəndə tamaşaçı alqışına həsrət qoymasınlar!..


Söhbətləşdi: Şəhla ASLAN
MANERA.AZ




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
252627282930