manera.az
manera.az

Kənan MM: “Ədəbiyyat həyatımın ayrılmaz hissəsidir” | MANERA.AZ

📅 10.09.2015 11:51

Kənan MM: “Ədəbiyyat həyatımın ayrılmaz hissəsidir” | MANERA.AZ

Kənan bəy salam! “Necəsiniz?” sualına hər dəfə “Yaxşıyam!” deyirsiniz?

- Şükür Allaha yaxşı olmağa davam. Çalışırıq, Allahın izniylə!

Kənan bəy, oynamaq rahatdı ya oynatmaq?

- Oynamaq (gülür)

Bir gün qapı döyülə və açasınız ki, uşaqlığınızdır. Nə edərdiniz?

- İndiki müasir oyuncaqları həyatıma soxar və gözüm doyana kimi oynardım. Çünki bizim uşaqlığımız cizigi filmlərində, nümayişlərdə keçib. O zamanlar indiki elektron oyunlar yox idi.

Günü aktyor, aktirisa əhatəsində keçən adama həyatda artistlik etmək olarmı?

- Məncə olmaz və olmur! Amma bunu hər kəs başa düşmür.

Bilə-bilə aldanmaq necə hissdir?

- Axmaq kimi özünü hiss etmək. Amma əslində əsil axmaq bundan xəbəri olmayıb, səni aldatmaq istəyəndir.

Sual vermək rahatdı ya cavab?

- Cavabını bildiyim suala cavab vermək daha rahatdı..

“Gecə qonağı” – hər yana səs salan bu adın bəlkə bilmədiyimiz tərəflərindən danışasınız?

- Mən danışmağı yox, çəkib görsətməyi sevirəm.

Sizcə dost ya düşmən qazandıracaq bu film sizə?

- Əgər rejissorlar bəyənməsə, deməli yaxşı çəkmişəm... Heçnə umrumda deyil, mən həyatımı və sənətimi kənardan “nə deyərlər” ifadəsi üzərində qurmuram, “demək istiyirəm” ifadəsi üzərində qururam.

Gün gələcək siz də unudulacaqsınız?

- Əlbəttə ki! Amma unudulmamaq üçün nəsə edirəm!..

Haram nədir?

- Yadıma salmayın, günahlarım məni param-parça edir , onsuz da!

Bir bədəndə neçə ruh ola bilər?

- “Qurani-Kərim” buyurur: “Ey Məhəmməd (s) səndən ruh haqqında soruşsalar o yalnız Allaha məxsusdur de.” Bu ayədən sonra o suala cavab vermək mənim başım üçün deyil.

Kaş ki...?

- İŞİD olmayaydı, Fələstində yağış yerinə bomba yağmayaydı, şəhidlər olmayaydı, qələbə bizim olaydı, insanlar mehriban olaydı və s. saymaqla qurtarmaz.

Baxışların saxta olduğunu təyin etmək mümkündürmü?

- Mənim işim onsuz da ondan ibarətdi...

Ən çox hansı acı verir? – içinizdəkilər ya yanınızdakılər?

- Hər ikisi ayrılmaz tərkibdədir. Birindən acının adı olmur dadı olur

Rejissor, şair, aktyor? Hansı sizi daha çox ifadə edə bilir? Yoxsa, heç birinə sığmırsız?

- Mən balaca olanda aktyor olmaq istəmişəm,sonra rejissorların ümidinə qalmayım deyə rejissor oldum. Şairlik isə rəhmətlik nənəmdən irsən keçib və ən nifrət etdiyim sual - “bu şeri kimə yazmısınız?” sualıdı. Güya desəm tanıyacaqlar. Şairlər tək özü üçün yox, həmdə xalq üçün yazır..

Şeirlərinizə görə tənqid olunmusunuz heç?

- Paxıllıq müsəlmanın ən incə yeridir, arada olur... Amma İlqar Fəhmi kimi, rəhmətlik Nüsrət Kəsəmənli kimi insanlar mənə “yaz, davam et” deyibsə, başqa kim nə deyir, desin önəmli deyil!...

Ədəbiyyata meyllisiz. Bu bilavastə işinizdən irəli gəlir? Bəs ədəbiyyatda sevərək oxuduqlarınız kimlərdi?

- Son dəfə kitab oxumağım yadıma gəlmir, çox təəssüf ki! Amma ədəbiyyat həyatımın ayrılmaz hissəsidir. Sadəcə istedad deyək.

Yeni işləriniz barədə nə deyə bilərsiniz?

- 2016 ili üçün Allah izn versə, yeni drama gəlir. Sadəcə adını deyim: “Qayıdış”

Bəs yeni şeirlərdən?

- Şeirləri vaxtım olanda yazıram.

İndiki ruh halınız hansı şeirinizə uyğundur?

“Pərvanələrin rəqsi”

Sözlə işləmək gözəldir, ya insanlarla?

- Söz dinləyən insanlarla.

Azərbaycanda Rejissor etiketiylə gəzənlər çoxdu ya rejissor olanlar?

- Bu suala cavab verməyim...

Bəs ən maraqlı, yadda qalan işiniz?

Bu sualı Allahın izniylə 2016-cı ildə verərsiniz...

Bu da son. Sondan əvvəlimiz necə görünür?

-Mən əvvəlimi yox, sonumu düşünən insanam.

Bizə hələlik son sözünüz?

- Məni maraqlı insan bilib, maraqlı suallar verdiyniz üçün sizə və kollektivinizə minnətdaram!..

Söhbətləşdi: Çinarə ÖMRAY
MANERA.AZ



Baxış sayı - 2 894 | Yüklənmə tarixi: 10.09.2015 11:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031