manera.az
manera.az

Dini jurnalistika adlı ixtisas açıla bilər - rektorla MÜSAHİBƏ

Dini jurnalistika adlı ixtisas açıla bilər - rektorla MÜSAHİBƏ
“Jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər”.

Bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.

Müsahibəsində Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif konfessiyaların nümayəndələrinin dinc, yanaşı yaşadıqlarını bildirib. Ceyhun Məmmədovun təklifinə, dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri mütləq bilməlidirlər. Əks təqdirdə, dinlər arasında münasibətləri düzgün formalaşdırmaq olmaz:

“Dünyada və ölkədə dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq. Media mütəxəssisləri bu mövzuya çox həssas yanaşmalı, ölkəmizdə mövcud sabit mühitin mediada düzgün təbliğ olunmasına və işıqlandırılmasına çalışmalıdırlar.

Media nümayəndələri hazırkı qloballaşma şəraitində dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında aktiv olmalıdırlar. Din çox həssas sahədir. Son illərin təcrübəsi də göstərir ki, dünyada buna görə böyük qarmaqarışıqlıqlar, etirazlar baş verib. Bu səbəbdən, jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər. Bu, yazı yazarkən ictimaiyyətə düzgün məlumat çatdıra bilmək, cəmiyyəti çaşdırmamaq üçün əsasdır”.

Ceyhun Məmmədovun fikrincə, bu gün sosial şəbəkələr də medianın tərkib hissəsindən biridir və əsla diqqətdən kənarda saxlanılmamalıdır:

“Bəzi radikal, ekstremist qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını aktiv şəkildə aparırlar. Bəzən gerçək kimliklərini gizlədərək saxta profillərlə dini duruma mənfi təsir göstərə biləcək paylaşımlar edirlər; kimisi dini ekstremizmi təbliğ edir, kimisi dini təhqir edir. Xüsusilə sosial mediada bu iki tərəf arasındakı uçurum böyükdür. Media bu sahədə də qətiyyətli olmalı, mövqeyini göstərməlidir. İnsanların bir-birinin inancına hörmət edən çağırışlara yer verilməlidir”.

“Dini jurnalistika adlı ixtisasın açılması məsələsinə baxıla bilər”

“Hazırkı vəziyyəti qənaətbəxş hesab etmək olar. Lakin fikrimcə, jurnalistlərin dini biliklərinin artırılması üçün müxtəlif seminar və treninqlərə ehtiyac var. Hesab edirəm ki, magistratura səviyyəsi üzrə dini jurnalistika adlı ixtisasın açılması məsələsinə də baxıla bilər. Bu, xarici ölkələrin təcrübəsində mövcuddur. Dünya ölkələrində mətbuat və din arasında əlaqəyə maraq artmaqdadır. Bu səbəbdən də media və din sahəsində fəaliyyət göstərən araşdırma mərkəzləri yaradılır, akademik jurnallar və tədqiqatlar aparılır, hesabatlar hazırlanır, simpoziumlar və konqreslər təşkil edilir. Ölkəmizdə də jurnalistlərin dini mövzuda maarifləndirilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müxtəlif tədbirlər həyata keçirir”- deyə Ceyhun Məmmədov fikirlərini tamamlayıb. //AzEdu.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930